Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

Əli Xameneinin bacısı qızı həbs edilib

Əli Xameneinin bacısı qızı həbs edilib
 İran İslam Respublikasının rəhbəri Əli Xameneinin bacısı qızı, hüquq müdafiəçisi Fəridə Muradxani çərşənbə günü, noyabrın 23-də həbs edilib.
Yenixeber.org: Bu barədə siyasi fəalın qardaşı Mahmud Muradxani tviterdə yazıb. O bildirib ki, bacısı noyabrın 23-də məhkəmə qərarını ona çatdırmaq üçün prokurorluğa gedərkən tutularaq həbsxanaya aparılıb.

Qeyd edək ki, vətəndaş cəmiyyəti fəalı olan xanım Muradxani bu il yanvarın 13-də Tehranda evinə qayıdarkən ETTELAAT tərəfindən həbs edilmişdi və may ayında 10 milyard tümən girov qarşılığında və istintaq müddəti başa çatanadək Tehran vilayətini tərk etmək məhdudiyyəti ilə müvəqqəti azadlığa buraxılmışdı.

Fəridə Muradxani həbsindən bir neçə ay əvvəl məhbuslara dəstək kampaniyasına start vermişdi.

O 2018-ci ilin iyununda Sənəndəc şəhərinə getdikdən və İslam Respublikasına qarşı fəaliyyətə görə edam edilən siyasi məhbus Ramin Hüseyn Pənahinin ailəsi ilə görüşdükdən sonra həbs edilmişdi.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam