Redaktor seçimi
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Günün xəbəri

BMT İrana hakimiyyətinə çağırış edib

BMT-dən İran hakimiyyətinə çağırış
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Türk İran hakimiyyətini ölkədəki bütün məhbusların hüquqlarını, o cümlədən dinc toplaşmaq hüququnu tanıyaraq azad etməyə çağırıb.
Yenixeber.org: O qeyd edib ki, İnsan Hüquqları üzrə Ali Komissarlıq (BMTİHAK) İran hakimiyyətinə mümkün qədər tez ölüm hökmünə moratorium tətbiq etməyi və beynəlxalq hüquqda “ağır” kimi təsnif edilməyən cinayətlərə görə edamın ləğvini tövsiyə edib.
“İranda həftəsonu iki uşağın ölümü də daxil olmaqla etiraz aksiyaları qurbanlarının sayının artması və təhlükəsizlik qüvvələrinin reaksiyasının sərtləşdirilməsi ölkədəki kritik vəziyyətin göstəricisidir”, - deyə BMT-nin Ali Komissarı bildirib.
BMTİHAK-ın məlumatına görə, İranda keçirilən etirazlar zamanı 300-dən çox adam, o cümlədən 40-dan çox uşaq öldürülüb, həmçinin azı altı nəfər edam cəzasına məhkum edilib.
Xatırladaq ki, sentyabrın ortalarında 22 yaşlı Məhsa Əmininin ölümü ilə başlayan geniş miqyaslı etiraz aksiyaları hələ də davam edir.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam