
İranda Məhsa Aminin ölümü ilə nəticələnən etirazların dağıdılması zamanı ölkənin güc strukturlarının əməkdaşları tərəfindən ən azı 58 uşaq öldürülüb.
Yenixeber.org: İran İnsan Hüquqları Müdafiə Təşkilatının məlumatına görə, 18 yaşdan kiçik 45 oğlan və 12 qız güc strukturlarının açdığı atəşin qurbanı olub.
Təkcə son bir həftədə 5 uşaq təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilib. Ötən həftə ölənlər arasında İranın Xuzistan əyalətinin İze şəhərində 9 yaşlı Kiyan Pirfələk da var.
Qeyd edək ki, mərkəzi Norveçdə yerləşən İran İnsan Hüquqları Müdafiə Təşkilatı sentyabrın 17-dən başlayan etiraz aksiyaları zamanı 16 813 nəfərin həbs olunduğunu bildirib. Onlardan 2 756 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Həbs olunanların 524-ü tələbədir. Nümayişlərə 140 universitetin tələbələri qoşulub. Məlumata görə, etirazlarda 402 nəfər həlak olub.(“The Guardian”)