Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

ABŞ-da Federal Prokurorluq ermənipərəst senatorun arvadı ilə bağlı araşdırma başlatdı

 

Manhettenin federal prokurorları amerikalı ermənipərəst senator Robert Menendesin “xeyirxahlığ”ı müqabilində onun arvadı Nadin Arslanyanın “hədiyyə”lər alıb-almaması ilə bağlı araşdırmalara başlayıb.

Yenixeber.org: Bu barədə ABŞ mətbuatı məsələ ilə yaxından tanış olan mənbələrə istinadən yazıb:

“Nyu-Cersidən olan ermənipərəst senator Robert Menendesin qəbuluna düşmək istəyən insanlar onun həyat yoldaşını “görməli”ymiş.

Məlumata görə, Arslanyanın “tərəfdaş”ları Nyu-Yorkun Cənub Bölgəsi üzrə Baş Prokurorluğu tərəfindən aparılan təhqiqat çərçivəsində hüquq-mühafizə orqanlarına çağırılıb və onlardan həm Nadin Arslanyan, həm də senator əri haqqında məlumat vermələri istənilib.

Qeyd edək ki, hazırda aparılan istintaq 2015-ci ildəkindən ayrıdır. Həmin vaxt Floridada göz həkimi kimi fəaliyyət göstərən Salomon Melgen ilə münasibətinə görə 68 yaşlı Menendesə qarşı rüşvət və korrupsiya ittihamları irəli sürülmüşdü, prokurorlar Menendesi seçki kampaniyası üçün 1 milyon dollara yaxın ianə və “səxavətli hədiyyələr” (şəxsi təyyarə uçuşları, birinci dərəcəli kommersiya uçuşu və çarter uçuşu) almaqda ittiham etmişdilər.

Nadin Arslanyanla bağlı hazırkı təhqiqat ən azı 2019-cu ilə təsadüf edir. Həmin vaxt müstəntiqlər Arslanyanın ortağı, nyu-cersili iş adamı Vael Xanın əmlakı üçün axtarış orderi vermişdilər.

Prokurorlar iş materiallarına əsasən mümkün gizli xarici lobbiçilik fəaliyyətini araşdırırlar.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam