HƏMAS girovları buraxmasa, onu məhv edəcəyik -RƏSMİ AÇIQLAMA
İsrail HƏMAS-ın yaxın zamanda girovları azad etməyə razılıq verməyəcəyi təqdirdə, hərbi təzyiqləri artıraraq onu tamamilə məhv etməyə hazırdır.
Yenixeber.org: Bunu İsrail müdafiə naziri İsrael Kats bildirib.
"İsrail Müdafiə Ordusu Qəzza şəhərinin mərkəzindədir və hadisələrin inkişafına hazırdır. Əgər HƏMAS girovları azad etməkdən imtina edərsə, Ordu atəşi yenidən gücləndirəcək", - nazir vurğulayıb.
Kats deyib ki, yaxın gələcəkdə ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq bütün girovların dərhal azad edilməsi gözlənilir.