Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

Kəmaləddin Heydərov Sergey Diyakonu ilə görüşdü

 

17 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Moldova Respublikası Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonu ilə görüşüb. Görüşdə Azərbaycanın Moldovada fövqəladə və səlahiyyətli səfiri Qüdsi Osmanov da iştirak edib.

Yenixeber.org: Bu barədə FHN-dən məlumat yayılıb.

Görüş zamanı nazir Kəmaləddin Heydərov Azərbaycan və Moldova arasında möhkəm dostluq və sıx əməkdaşlıq münasibətlərinin olduğunu diqqətə çatdırıb. Bu çərçivədə iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin və keçirilən görüşlərin münasibətlərin inkişafına faydalı təkan verdiyini qeyd edib.

Daha sonra qonağa Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verən nazir iki ölkənin uyğun qurumları arasında birgə təlim və seminarların keçirilməsinin qarşılıqlı faydalı olacağını vurğulayıb. Həmçinin, Moldova Daxili İşlər Nazirliyinin əməkdaşlarının Azərbaycan FHN-in Akademiyasında təhsil imkanları da qeyd olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Moldova Respublikası Daxili İşlər Nazirliyinin Baş katibi Sergey Diyakonu ölkələrimiz arasında mövcud yüksək səviyyəli münasibətlər çərçivəsində iki nazirlik arasında fövqəladə hallarla mübarizə üzrə əməkdaşlığın daha da genişləndirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Qonaq Moldovada təbii və texnogen xarakterli fövqəladə halların idarə olunması ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib, qarşılıqlı səfərlərin, birgə təlim və seminarların, təhsil proqramlarının təşkilinin əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər, o cümlədən fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə ikitərəfli saziş layihəsi barədə geniş fikir mübadiləsi aparılıb.

Görüşdən sonra qonaq FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam