Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Bakıda ana doğuşdan sonra öldü

Bakıda ana doğuşdan sonra öldü

Respublika Klinik Xəstəxanasında ana doğuşdan sonra dünyasını dəyişib. 

Yenixeber.org: Bu barədə Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) rəsmisi Zamira Adilova məlumat verib. 

Vətəndaş B.N. 30 oktyabr 2022-ci il saat 06:34-də Respublika Klinik Xəstəxanasının Hamiləliyin patologiyası şöbəsinə ağır vəziyyətdə yerləşdirilib. 34-35 həftəlik hamilə olan pasiyentə qəbul olarkən normal yerləşmiş ciftin vaxtından əvvəl hissəvi ayrılması, qanaxma, HELLP sindromu diaqnozları qoyulub. 

30 oktyabr 2022-ci il saat 07:05 radələrində qeysəriyyə əməliyyatı baş tutub və cinsi qadın, çəkisi 2100 qr, boyu 45 sm olan körpə doğulub.

Əməliyyatdan sonra pasiyent Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, 30 oktyabr 2022-ci il saat 20:00 radələrində pasiyent vəfat edib. Ona poliorqan çatışmazlığı, HELLP sindromu, DDL sindromu, vaxtından əvvəl operativ doğuş, ciftin vaxtından əvvəl ayrılması diaqnozları qoyulub.


Facebook-da paylaş

Yeni xəbərlər

Yenixeber Tv

<iframe width="679" height="382" src="https://www.youtube.com/embed/kZYTbJNbayU" title="“Bu, İran üçün qəbuledilməzdir!” - ABŞ-yə xəbərdarlıq, İrana isə təşəkkür mesajı..." frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>

Reklam

Reklam