Rəqsi ilə məşhurlaşan azərbaycanlı həkim:“Hicablı xanımlar doğuşa ərləri ilə girir” (MÜSAHİBƏ
Rusiyada işləyən azərbaycanlı həkim Ruslan Xanbutayev sosial şəbəkələrdə yayılan rəqs görüntüləri ilə populyarlıq qazanıb.
Yenixeber.org: Günlərdir haqqında danışılan Xanbutayev AzVision.az-a müsahibəsində bir çox maraqlı məqamlara aydınlıq gətirib.
Qeyd edək ki, Ruslan Nadir oğlu Xanbutayev Latviyanın Riqa şəhərində doğulub. Daha sonra Azərbaycana köçüb. Quba Türk Liseynin məzunudur. 2000-ci ildə XəzərUniversitetinin Tibb fakültəsinə daxil olub. Hərbi xidməti başa vurduqdan sonra Milli Onkoloji Mərkəzdə təcrübə keçib. 2007-ci ildə Rusiyaya gedib. Pereqov adına İkinci Tibb Akademiyasın bitirib. Bu, onun ikinci tibbi təhsilidir. O, Azərbaycana qayıdaraq Milli Onkoloji Mərkəzdə həkim işləyib. Bir müddətdən sonra yenidən Rusiyaya qayıdıb. Tümen şəhərində doğum evində çalışıb. Xantimantiski əyaləntində gnekoloji şöhbənin rəhbəri olub. Hazırda Moskva şəhərində 68 nömrəli xəstəxananın doğum dvində çalışır.
- Sizin hamilə xanımla rəqsiniz bir anda rezonans doğurdu. Bununla bağlı fikirlərinizi bilmək istərdik.
-Deməzdim ki, video hamı tərəfindən gözəl qaşılandı. Belə gözləmək də düzgün olmazdı. Çünki fikirlər müxtəlifdir, azad cəmiyyətdə fikir müxtəlifliyi yaxşı göstəricidir. Xanımlar tərəfindən video yaxşı qarşılanmışdı. Amma bəzi bəylər tərəfindən isə emosional qarşılandı. Bunu təbii qəbul edirəm. Video mənim tərəfimdən çəkilməyib. Hamilə qadının yaxını çəkib. Həmin xanım Maria Malışova adlı həkimdir, doğum evində çalışır. O, doğuş zamanı hamilə qadınlara özlərini necə aparmalı olduqlarını öyrədir. Xanım təhsil, maarifləndirmək məqsədi ilə həmin videoroliki çəkib və "İnstagram"da yayıb. Bu, qapalı auditoriya üçün nəzərdə tutulmuş videodur. Sonra məşhur oldu. Deyə bilərəm ki, bu videodan sonra mən də həmivətənlilərim arasında tanındım. Əslində bu video hamilə qadınlar üçün nəzərdə tutulub ki, doğuşun birinci mərhələsində sərbəst olsunlar.
- Sizcə, kişilər həmin videonu niyə normal qarşılamadılar?
- Mən heç kimin işinə qarışmıram. Heç kim də mənim işimə qarışa bilməz. Sadəcə olaraq bəzi insanların mədəni və təhsil səviyyəsinin aşağı olmasına görə xoşagəlməz şərhlər yazıldı. Hesab edərəm ki, onların da belə şərhlər yazmaq hüquqları var. Çünki dar düşüncəli insanlardır və dünya görüşləri yoxdur. Ancaq Azərbaycanda bəylərin böyük əksəriyyəti həmin videonu müsbət qarşıladı. Azərbaycanlı bəylər bir az məsələyə geniş baxırlar. Buna ancaq rəqs kimi baxmaq lazım deyil. Bəzən biz bəylərdən xahiş edirik ki, doğuş prosessində iştirak etsinlər. Bəyin doğuşda iştirak etməsi faydalıdır. Bu zaman xanım ağırının qarşısında tək və aciz qalmır. Hamilə qadın doğuşdan öncə öz həyat yoldaşı ilə rəqs edə bilər. Qadını ağrıdan yayındırmaq üçün həkim onun həyat yoldaşına müxtəlif metodlar öyrədir. Bəy də xanımı ilə doğuşa girir və bunları tətbiq edir. Bununla bəy öz xanımını ağrıdan azad edir, xanımın doğuş etməsi üçün vasitəçi olur. Bunu sadəcə rəqs və diskoteka kimi qəbul etmək yalnışdır.

-Videoda çıxış edən xanımın doğuşu normal baş tutdu?
-Rusiyada xəstənin hüquqlarını tənzimləyən 323 federal qanun var. Həmin xəstənin adı məlum olduğuna görə mən onun vəziyyəti barədə məlumat versəm, qanunu pozmuş olaram.
- Ümumilikdə bu rəqs metodunu doğuş zamanı tez-tez tətbiq edirsiniz?
-Bu metodun bir komponentidir. Bəzi xanımları isti vannaya yerəşdiririk. Bu zaman bəy də onun yanında olur və söhbət edir. Bəzi xanımların ətrafına şamlar yandırıb düzürük. Şamlarin ətri müsbət aura yaradır və doğuş uğurla baş tutur. Bəzi xanımlar doğuş zamanı klassik musiqiyə qulaq asmağa üstünlük verirlər. Bəzi xanımlar isə həyat yoldaşının boynunu qucaqlayaraq rəqs edir. Digərləri isə yalnız öz həyat yoldaşları ilə birlikdə doğuşa girirlər. Bəy öz xanımının müəyyən nöqtələrini masaj edir. Bununla o, öz xanımını ağırdan yayındırır. Bütün bu prosessləri həkim hamilə xanımın həyat yoldaşına izah edir. Mən çox istərdim ki, heç kim şou arxasınca qaçmasın. Azərbaycanda da bəylərin xanımının doğuşuna girməsi təbliğ olunmalıdır. Doğum evlərində belə bir şərait yaradılmalıdır. Xanımlar əməliyyata daha az meyilli olmalı və təbii doğuşa üstünlük verməlidirlər.
- Hamilə qadınlara doğuşun ağrısız keçməsi üçün hansı məsləhətləri verirsiniz? Doğuş zamanı niyə ana və uşaq ölümü halı baş verir?
-Təəssüf ki, Azərbaycanda ana və uşaq ölümü halları çox vaxt gizlədilir. İnanın ki, statistika çox acınacaqlıdır. Azərbaycan mənim Vətənimdir. Mən azərbaycanlıyam. Azərbaycan haqqında pis danışmaq istəmirəm. Təəssüflə qeyd edirəm ki, MDB ölkələri daxilində bizim göstərilərimiz heç də ürəkaçan deyil.
- Ana və uşaq ölümlərinə səbəb nədir? Bunun qarşısını necə almaq olar?
-Əslində hamiləliyin izlənməsi çox pilləli prosessdir. Sadəcə olaraq bəyin xanımı ilə birlikdə doğuşa girməsi bu çox pilləli proesssin son mərhələsidir. Hamiləlik ilk günlərdən qadın məsləhətxanalarında izlənməlidir. Orada hamilə xanıma təhsil proqramları öyrədiləmlidir.
Məsələn, hamiləlik zamanı necə pəhriz saxlanmalı, yuxu və əmək rejimi necə olmalıdır. Əgər xanım çalışırsa, onun iş rejimi asan olmalıdır. Xanıma əlavə iş saatları yazılmamalıdır. Gecə saatlarında işləməməlidir. Əgər iş fiziki əməklə bağlıdırsa, müdiri tərəfindən xanımın fiziki əziyyəti azaldılmalıdır.
-Bəs ailədə hamilə qadına necə dəstək olunmalıdır?
- Əgər hamiləlik fizioloji keçirsə, əks göstəriş yoxdursa xanımın həyat yoldaşı ilə ailə həyatında heç bir dəyişiklik edilməməlidir. Ümumudünya Səhiyyət Təşkilatının bu barədə məsələtində də bildirilir ki, qadına nə qədər xoşdur onun həyatı dəyişilməmlidir. Əgər bir diskonfot yoxdursa, öz ailə həyatına əvvəlki kimi davam etməlidir. Təbii ki, mən bəylə cinsi münasibəti nəzərdə tuturam.
Ailədə xanımın istismar olunması məsələsinə gəldikdə isə deyə bilərəm ki, hər bir həyat yoldaşı xanımının hamilləlik dövründə evdəki əziyyətini azaltmalıdır. Təəssüf ki, bizdə bəzən bunun əksi olur. Biz Qafqaz tərbiyyəsi görürük. Yəni, bir az sərt kişilərik. Bəzən xanımlarımıza dəstək olmağı özümüzə uyğun bilmirik, utanırıq. Fikirlərişik ki, o və yaxud bu nə deyə və s. Amma, hamiləlik dövründə xanımlarımıza dəstək olmalıyıq. Bu, həm ailə münasibətlərinin daha da möhkəmlənməsində, həm də ailədə uşaqlar varsa, onların tərbiyyəsində böyük rol oynaya bilər.
-Doğuş zamanı bəylər öz xanımına hansı yolla dəstək ola bilərlər?
-Ümumiyyətlə, doğuş zamanı bəyin iştirak etməsi hamilə xanıma böyük dəstəkdir. Xanım psixoloji cəhətdən tək qalmır. Birinci məhələdə ağrı tədricən yaranır. Bir müddət sonra ağrının intensivliyi artır. Xanımın əsas vəzifəsi bu olmalıdır ki, ağrıya vərdiş eləsin. Ağıya vərdiş olunmalıdır ki, həmin ağırını digər vasitələr, anesteziyasız başa vura bilsin, doğuş təbii baş tutsun. Bəyin isə əsas vəzifəsi budur ki, həkimin ona öyrətdiyi metodlar vasitəsi ilə xanımına kömək olsun. Beləliklə bəy doğuş vaxtı xanımın həm fiziki, həm də psixoloji baxımıdan ağrısını azaltmaq üçün bir vasitə olmaldır. Bəyin əsas funksiyası budur.
Bundan başqa doğuşdan sonra həm ata, həm də anadan bakteriyaların uşağın bədəninə kolonizasiyası baş verir. Belə doğulmuş uşaqlarda xəstəxana infeksiyaları daha az olur. Çünki bu, uşağın ana ilə dəri kontaktında baş verir. Əgər ana münasib deyilsə, bu proses uşağın ata ilə dəri kontaktında baş tutur. Və uşağın ilk udduğu bakteriyalar ata və ananın dəri səthində olan bakteriyalar olur. Bununla da həmin uşaqlar tibb bacısı, mamaça və yaxud başqa tibbi personların üzərində olan antibiotikə həssaslığı olan bakteriyaları udmurlar. Beləliklə, həmin uşaqların immuniteti yüksək, bağısaq infeksiyalarına məruz qalma tezliyi daha az olur.
-Xanımlar normal doğuş zamanı hansı metodlardan istifadə etsələr, daha ağrısız şəkildə övladlarını dünyaya gətirərlər?
- Bu metodların arasında fərdi yanaşma mövcud deyil. Məsələn, bəziləri video-rolikə baxıb, deyir ki, rəqs edirlər, musiqinin səsi hər tərəfə yayılıb, doğum evində səs-küydür və s. Belə yanaşmalar düzgün deyil. Hər bir xanımın özünə yanaşma üsulu var. Qadın elə bir varlıqdır ki, doğuş zamanı ona individual yanaşmaq lazımdır. Heç bir qadına kütləvi qaydalar tətbiq oluna bilməz. Elə xanım var ki, açılış dövründə onu isti suya yerləşdirsən, ağrısı azalar, yanında həyat yoldaşı olar. Bəzən də elə qadınlar olur ki, suya girən zaman deyilər "ərim yanımda olmasın, onu qovun burdan". Bu, xəstənin təhsili, mədəniyyət səviyyəsi və dünya görüşündən və dini mənsubiyyətindən asılıdır.
Moskvada müsəlman, hicablı xanımlar doğuşa həyat yoldaşları ilə birlikdə girirlər. Belə hal Azərbaycanda qeyri-adi kimi görünə bilər. Amma xarici dövlətlərdə normal qəbul olunur. Din buna maneə olmur. Sadəcə olaraq bir az təhsil, mədəniyyət və dünya görüşü yüksək olmalıdır.
Bir məqamı qeyd etmək istəyirəm. Xanım çox vaxt birinci mərhələnin sonunda doğum evinə müraciət edir. Bu, xanımların təhsilsizliyinə dəlalət edir. Təhsilsizlik deyəndə mən məktəb və universiteti nəzərdə tutmuram. Qadın məsləhətxanalarında çalışan həkimlərin xanımlara az təhsil vermələri ilə əlaqələndirirəm.
-Rusiyada xanımlar daha çox təbii doğuşa, yoxsa qeysəriyyə əməliyyatına üstünlük verirlər?
- Hazırda Moskvada çalışdığıma görə deyə bilərəm ki, bu, təhsil və maarifləndirmə məsələsi ilə bağlıdır. Burda müxtəlif millətlər (qırğız, azərbaycanlı, erməni, rus, belarus və digərlər) yaşayır. Mən bir azərbaycanlı kimi görürəm ki, slavyan xalqları bu barədə daha savadlıdır. Bu, onların hansı millət olduqlarına görə yox, məhz dili yaxşı bildiklərinə görədir. Məsələn rus, ukrayna və belarus xanımları doğuşa gələndə çox vaxt bəyləri ilə birlikdə gəlirlər, doğuş barədə bir çox məqamaları bilirlər, həkim onlara hər hansı dərman və yaxud ağrı kəsən metod təklif edən zaman onlar sual verirlə. Bəzən həkimlə razılaşmırlar. Dili pis bilən xanımlarla əlaqə qurmaq çox çətindir. Onların bəyləri qəbul şöbəsindən içəri daxil olmağa qorxurlar. Xanımlarını tək başına buraxıb gedirlər, yaxud onun yanında bacısı, qaynanası gəlir. Onların da heç biri rus dilini bilmir. Bu da problem yaradır. Sanki bəylər “taksist” vəzifəsini yerinə yetirirlər.
Doğuş çox çətin məsələdir. Xanım rus dilini bilmir, bəxti gətirsə, həkimi azərbaycanlı ola bilər. Qırğız və yaxud özbək olsa, onun dilini bilən həkimlər çox az olacaq. Xanım tək olur, dili bilmir, qorxur. İlk dəfə doğuşa girən xanımlar üçün bu böyük stressdir. Azərbaycanlı xəstlərimlə işləyən zaman Azərbaycan dilini bildiyimə görə, doğuş zamanı onlar üçün rahat olur. Görürəm ki, Azərbaycandan gələn xəstələrin böyük bir hissəsi hazırlıqsızdır. Onlar ümumiyyətlə məktəbdə öyrədilən bəsit şeyləri belə bilmirlər. Mən bunu faciə hesab edirəm. Xanımların əksəriyyəti tək evdə anasının, böyük bacısının dedikləri ilə yekunlaşmamalıdır. Xanımın gigiyenik maarifləndirilməsi mətkəb dövründən başlamalıdır. Sovet dövründə də belə olur.
- Ana və övladının doğuş zamanı ölümünə səbəb olan amillər nələrdir?
-Bu, geniş mövzudur. Ümumi cavab vermək istəyirəm. Sual həkim auditoriyasına aid olduğuna görə ümid edirəm ki, həmkarlarım məni başa düşərlər. Məsələn, bir rayonda yüksək riskli doğuşa girəcək qadın perinetal mərkəzlərə aparılmalıdır. Orada əvvəldən məsləhətləşmə olmalıdır. Xanımın doğuşa necə girəcəyi barəsində onun əlində qərar olmalıdır. Xanımlar risk qruplarına bölünüb, əvvəlcədən məsləhətləşmə aparılsa fizioloji yüngül və yaxud yüksək riskli doğuş qruplarına bölünsələr və doğum evlərinə getsələr, biz o zaman əməliyyatla baş tutan doğuşların sayını azalda bilərik. Nəticələdə ana və uşaq ölümlərinin sayı da azalar.
Mən məktəbi liseydə oxumuşam. Orada yalnz oğlan uşaqları olurdu. 7-ci sinfi isə Rusiyanın şəhərlərinin birində oxumuşam. Daha sonra Azərbaycana köçdük. Bizdə ayrıca biri sinif vardı. Orda qız və oğlanları ayırırdılar. Həmin sinif cinsi tərbiyyə adlanırdı. Qızlara fizioloji inkişaf zamanı onların bədənində nələrin baş verdiyini izah olunurdu. Oğlanlara isə gigiena qadaylarını öyrədirdilər. Sizə sual vermək istərdim. Sizin sizin sinidə belə qruplar olub?
- Xeyr, olmayıb...
-Bu, böyük faciədir. Birincisi, qanunvericiləyə ziddir. Əgər orta məktəb müəllimi buna əməl etmirsə, hüquqi qiymət verilməlidir. İkincisi, mənim dediklərim yalnız biologiya dərsindəki insan anatomiyası dərsliyindəkilər deyil. Ümumiyyətlə, bunlar, qadının gigiyenası, cinsi davanışı və cinsi tərbiyyəsi barəsində olan dərslərdir. Bunlar üçün ayrıca 3-4 saatlıq vaxt ayrılmalıdır. Bu zaman 15-16 yaşında olan xanım və bəylərin bir-birilərinə qarşı olan münasibəti də dəyişər.
Rusiyada hər bir əyalət başçısı üçün iqtisadi siyası göstəricilərlə yanaşı ana və uşaq ölümü göstəriciləri birinci yerdə dururur. Qubernator uşaq və ana ölümlərinin azaldılmasında maraqlı olmalıdır. Ümid edirəm ki, Azərbaycanda bu sistem var və sadəcə olaraq ona nəzarət zəifidir.
-Sizcə, evlənməmişdən öncə qızlar hansı qaydalara riayət etməlidirlər?
-Onlara məsləhət vermək istəməzdim. İstərdim ki, məktəb direktorları təhsil idarələrində belə bir təkliflə çıxş etsinlər ki, yeniyetmə qız və oğlanlar üçün məktəbdə iki-üç saat cinsi tərbiyə, cinsi gigiena , cinsi davranış sinifləri yaradılsın. Oğlan və qızlar bunu internetdən müxtəlif yanlış məlumatlarla deyil, sinifdə açıq müzakirə şəkilində öyrənsinlər. Bu zaman oğlan və qızların bir-birinə baxışıtamamilə biloji obyekt kimi dəyişər. Onların şəxsiyyəti ön plana çıxar.
Sonda nə demək istərdiniz?
-Öz millətimə təşəkkür edirəm ki, video-roliki belə məşhurlaşdırdılar. Əsilində başqa məqsədlə çəkilmişdi. Sosial şəbəkələrdə bir çox ölkələrdən müsbət rəylər aldım. Polşa, Almaniya, Hindistan və digərlərini qeyd edə bilərəm. Ana olmağı planlaşdıran xanımlara uğurlar arzu edirəm. İnanıram ki, sağlam və rahat şəkildə övladlarını dünyaya gətirəcəklər.
Hafiz Əhmədov