Redaktor seçimi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Günün xəbəri

Bakıda narkoşəbəkənin 2 üzvü tutuldu, digərləri axtarılır -VİDEO


Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı narkokuryerliklə məşğul olan Kamran Talıbov Binəqədi qəsəbəsi, Gülüstan küçəsində saxlanılıb.

Yenixeber.org: Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Onun taksi fəaliyyəti ilə məşğul olduğu “Opel” markalı avtomobilin yük yerinə baxış zamanı 3 kiloqram heroin aşkar olunaraq götürülüb.

İdarə əməkdaşları tərəfindən həyata keçirilən daha bir əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan daha bir nəfər - Səid Məmmədov da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 3 kiloqramdan artıq heroin aşkarlanıb.

"Qeyd edək ki, Kamran Talıbov və Səid Məmmədov ifadələrində xarici ölkələrdən birində yaşayan narkotacirlərlə əlaqə yaradaraq onların Bakı şəhəri ərazisində maddi qazanc müqabilində narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər. Kamran Talıbovun həmin narkotacirlərlə əlaqəyə girməsi həyata keçirilən əməliyyat-texniki tədbirlərlə sübuta yetirilib. Xaricdən ölkə ərazisinə narkotik vasitələri qaçaqmalçılıq yolu ilə göndərən qadın və onun oğlu olduğu ehtimal edilən daha bir nəfərin şəxsiyyətinin müəyyənləşdirilməsi və onların yaşadıqları ölkənin hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Faktlarla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşləri başlanılıb. Kamran Talıbov və Səid Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bu şəxslərin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam