Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Azərbaycanda ƏDV limitinin artırılmasına ehtiyac varmı?

 

Son 1 ildə əksər ölkələr kimi Azərbaycan da ciddi inflyasiya problemi ilə üz-üzə qalıb.

Yenixeber.org: Qiymətlərin sürətlə artdığını rəsmi statistika da təsdiqləyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrünə nisbətən 113,2%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 118,9%, qeyri-ərzaq məhsulları üzrə 107,2%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110% təşkil edib. Başqa sözlə, bu ilin 8 ayında Azərbaycanda əhaliyə əmtəə və xidmətlər 1 il əvvəllə müqayisədə 13%, o cümlədən ərzaq 19% baha satılıb. Bu isə o deməkdir ki, sahibkarlar bu il əlavə dəyər vergisinin (ƏDV) ödənilməməsi üçün nəzərdə tutulmuş 200 min manatlıq illik limiti ötən illə müqayisədə tez keçib. Bəs bu halda həmin limitin artırılmasına ehtiyac yaranırmı?

Bu məsələni "Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" (AQC) İctimai Birliyinin sədri, iqtisadçı ekspert Vüqar Orucla müzakirə etdik.

"7 ildir ki, limit dəyişmir"

Onun sözlərinə görə, Azərbaycanda sonuncu dəfə ƏDV limiti 7 il bundan əvvəl yenilənib. Halbuki, bu müddət ərzində əmtəə və xidmət qiymətlərində dəfələrlə artım olub: "2015-ci ildə ƏDV üçün tətbiq olunan limit 160 min manatdan 200 min manata yüksəldilib və ondan sonra bu rəqəm olduğu kimi saxlanılıb, odur ki, bununla bağlı qərara yenidən baxılması məqsədəuyğundur. Bu müddətdə kifayət qədər inflyasiya baş verib, bütün növ məhsul və xidmətlərin qiymətləri dəfələrlə artıma məruz qalıb. Belə ki, 2016-cı ildə 12,4%, 2017-ci ildə 12,9%, 2018-ci ildə 2,3%, 2019-cu ildə 2,6% 2020-ci ildə 2,8%, 2021-ci ildə isə 6,7% inflyasiya olub. Hesab edirəm ki, kiçik və orta biznes subyektlərinin (KOB) fəaliyyətini artırmaq, onları izafi xərclərdən azad etmək, vergidənyayınmanın qarşısını almaq, habelə sağlam rəqabət mühitinin formalaşmasına dəstək vermək məqsədilə ƏDV limiti artırılmalıdır".

"Bu, istehlakçılara da zərbə vurur"

"Mövcud qanunvericiliyə görə, Azərbaycanda illik dövriyyəsi 200 min manat həddini keçən kiçik və orta sahibkarlıq subyektləri ƏDV ödəyicisinə çevrilirlər. Belə olduğu təqdirdə mənfəət və sadələşdirilmiş vergi ödəyiciləri ilə müqayisədə ƏDV ödəyiciləri təqribən 2,5-3 dəfə artıq məbləğdə vergi xərci çəkirlər. Bəzən isə sahibkarlıq subyektləri daha artıq vergi ödəməkdən yayınmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər. Nəticə etibarilə həm dövlət büdcəsi zərərə uğrayır, həm də sahibkarlar artıq xərcə düşür. Eləcə də bu ödənişləri bir çox hallarda kommersiya subyektləri qiymətləri qaldırmaq hesabına kompensasiya etməyə çalışırlar. Bu da öz növbəsində istehlakçılara zərbə vurur", - deyə ekspert əlavə edib.

"ƏDV limiti azı 300 min manata qaldırılmalıdır"

Onun fikrincə, ƏDV limiti azı 300 min manata qaldırılmalıdır: "Son 7 ildə baş verən proseslər biznes subyektlərinin mənfəətinin azalmasına, vergidənyayınma meyllərinin artımına gətirib çıxarıb. Qeyd olunanları rəhbər tutaraq, ƏDV limitinin ilkin olaraq azı 300 min manata qaldırılmasını təklif edirəm. ƏDV-dən yenidən mənfəət ödəyicisinə qayıtmaq həddi 100 min manatdan 200 min manata, müddəti isə 1 ildən 6 aya endirilməlidir. Bu qərar Prezident İlham Əliyevin həyata keçirdiyi kompleks və institusional islahatlar kursuna müvafiq olmaqla yanaşı, kiçik və orta biznes subyektlərinin qarşısında geniş imkanlar açacaq".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam