Redaktor seçimi
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Korrupsiyanın kanalizasiyasında batan yalnız adamlar deyil, milyardlardır -
Xəlil Göyüşovun başı dərddə -
Eldar Mahmudovun övladlarının biznesi araşdırılır -
Natiq Sadıqovun “ŞaurmaN1” fırıldaqları:
Günün xəbəri

QALDIM

  

 

Xeberinfo.com:  

 

Həyatın nəbzini tuta bilmədim,

Durğunluq dövründə sarsılıb batdım.

Uğurun barını dərə bilmədim,

Yoxsulluq içində dolaşıb qaldım.

 

Cismim ki, ölməmiş “qul”luğumdadır,

Ruhum ki, köçməmiş varlığımdadır,

İzim ki, itməmiş yazdığımdadır,

Yazarlıq əlində üzülüb qaldım.

 

Yoloğlu olmadım talançılarla,

Dostluğu qurmadım səbatsızlarla,

Menyunu tutmadım yalançılarla,

Möhtaclıq içində ilişib qaldım.

 

Nahaqdan ömrümə böhtan yazdılar,

Yolumdan hər yana yarğan qazdılar,

İşimdən uydurma talan tapdılar,

Halallıq yolunda haqq deyib qaldım.

 

Dolanıb Bakını pul səpə-səpə,

Axtarıb işimi tər tökə-tökə,

Yağdırıb nifrimi mən çökə-çökə,

Özəllik yolunda yorulub qaldım.

 

İş verən-nal sökən fırıldaqçıyla,

Biznesmen-qan içən qaçaqmalçıyla,

Bicnesmen-ət tökən dəllal falçıyla,

Əngəllik zülmündə  utanıb qaldım.

 

Bu iki yüzlüyə necə dolanım?

Sözümü deməyə kimə haylanım?

Haqqımı almağa hara yollanım?

Bahalıq altında əzilib qaldım.

 

Bir canlı əyləşib sosial fondda,

Varlığı bicləşib nahalal donda,

Gədədi bəyləşib müstəqil yolda,

Milyardlıq cənnətdə qarıxıb qaldım.

 

Müstəqil dönəmi məqbula yazıb,

O nisgil günləri yadıma salıb,

Bu cidal tənqidi bağrıma basıb,

Dolaşıq seçimdə karıxıb qaldım.

 

Kiçik arayış: Lüğətdə cidal-qalmaqal, şiddətli mübahisə kimi izah olunur.

Yeri gəlmişkən“QALDIM” satirik qoşması ilə əlaqədar olaraq bir sıra faktları oxuculara çatdırmaq istəyirəm.

1.“qul” sözünü ona görə dırnaqda yazmışam ki, uçot-hesabat işində kifayət edici bilgim olsa da sahibkar deyilənlər məndən qul kimi istifadə etməyə çalışmışlar.Öz sifarişlərilə tərtib edilən vergi və sosial sığorta hesabatlarını çıxmaq şərtiylə qalan işlərdən məhrum olduğum, ucuz tutulduğum (bunu “DAYAQ” kitabımda on səhifədən ibarət kiçik həcmli “ƏRZİ-HAL MƏKTUBU” adında poemamda göstərmişəm) və düşəndə mənə yersiz acıqlanmaları səbəblərindən  sahibkar deyilənlə işləmək mənə ağır gəlirdi.Bax qəlb ağrıdan bu səbəblərdən də bu kimilərdən bir yolluq uzaqlaşdım. İş keyfiyyətim yerində ola-ola cəmi 20-25 günə bəs edən təqaüdlə evdə oturası oldum.

2.Unutmayaq ki, siyasətdə kasıb ABŞ-ın prezidenti olmuş Harri Trumenin böyük hörmət sahibi olmasına səbəb mühasib ixtisasını əla və ölkənin maliyyəsini düzgünidarə edə bilməsi olmuşdur.

3.Bəs bizdə?...Hal-hazırdasüpürgəçi də, tibb bacısı da, müəllim də... mahasib vəzifəsində işləyir. Ən iri moşenniklər isə bankir və nazir vəzifələrinə sahib olurlar. Və nəticədə dövlətin milyardlarla dolları buxarlanır. Yaşasın K.Marksın kəşf etdiyi Kommunuzm ukladı.

4.Səhv etmirəmsə yenicə müstəqil olduğumuzvaxtlarda üç idarəedici dövlət aparatı- Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, DSMF və Taqaüd idarəsi fəliyyət göstərirdi.Sonra son iki aparat birləşdi.İndi həmin dövlət aparatlarında rəhbər vəzifədə əyləşən nazir Səlim Müslümov və DSMF-nnun sədri Elman Mehdiyev hər iki aparatın birləşməsi gündəmə gəldiyindən narahatdırlar. Heç şübhəsiz ki , iş “səriştəsi” üstün olduğundan S.Müslümov vəzifəsində qala bilərdi. Ancaq keçmiş fəaliyyəti qaranlıq və hazırkı fəaliyyəti maliyyə oyunları ilə zəngin olduğundan vəzifə mübarizəsində uduzmalı olacaq.

5.08.11.2016-cı il tarixdə ”Xeberinfo.com”da getmiş”Əlillilk dərəcəsi üşün nəqədərpul alınır?3 saylı TSEK-də özbaşınalıq” yazısı məndə ikrah və nifrət hissi oyadır. Axı kimdən kimə şikayət olunur? “Hər iki təşkilatıkı idarə edənlər bir bezin qırağıdırlar”.Mən “Balıq başdan iylənir” və “Mən bu işə mat qalmışam” tənqidi  yazılarımı tavana baxıb yazmamışdım. Yəni faktlara baxıb həqiqi nəticəyə gəlmişdim. Baxın TSEK haqqında nə yazırlar.”... Bütün bunları nəzərə alaraq, sakinlər redaksiyamıza ünvanlanan müraciətlərində Əli Həsənovun sədr olduğu 3 saylı Tibbi Sosial Ekspert Komissiyasının fəliyyətinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ciddi şəkildə təftiş olunması tələbini irəli sürürlər.”Qeyd edim ki, bu məzmunda tənqidi yazı ilk dəfə deyildir ki,dərc olunur.

Atalar “Pir mənimdir kəramətinə yaxşı bələdəm”,-deyiblər. Ə.Həsənovla yanaşı S.Müslümovun əlləri həmin yaramaz əməllərin içərisindədir ki, TSEK-də çirkin işlərlə məşğul ola bilirlər.Yəni dövlətin idarəetmə aparatlarında əyləşənlər  harınlaşıblar. Mənsəbpərəstlər anlamamışlar, anlamırlar və anlamayacaqlar ki,  Dövlətin büdcəsi sonu görünməz quyu deyil.

6. Hələ bu az imiş kimi 10.11.2016-cı il tarixdə “Gədəbəydə “pensiya bazarı”: 4-5min ver ömürlük büdcədən pulun gəlsin”kimi zəhmət insanlarının DSMF tərəfindən necə aldadldığı, Səlim Müslümovun “ seyrçi” rol oynadığı insanlarda nifrət hissi doğurur. Göstərilən faktlar onu sübut edir ki, dövlət aparatlarınairi səlahiyyət sahibləri olan moşenniklər yerləşdirilibdir. Lazım bilinərək Dövlət tərəfindən Qanunlaşdırılmış hökumət aparatı içərisində qanunsuz əmələrlə məşğul olmaq Dölətə,  Müstəqilliyimizə qarşı edilən ən böyük xəyanətdir. Belələrinin cəsası həbslə yox, türk zopası ilə verilməlidir.

Bax bu kimi büdcə vəsaitinin səlahiyyət sahibləri tərəfindən israf olunması  “QALDIM” satirik qoşmasının yaranmasına təkan veribdir.

 

 

Quliyev Elxan Sarı o.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam