Redaktor seçimi
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Günün xəbəri

Sumqayıtda kişi qısqanclıq zəminində qonşularını yandırıb -FOTO

 

Sumqayıtda 41 yaşlı kişi qısqanclıq zəminində qonşularını yandırıb.

Yenixeber.org: Hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb.

Belə ki, 1981-ci il təvəllüdlü Anar Məmmədov qonşusunun evinin pəncərəsindən içəri benzin tökərək yaşayış sahəsinə od vurub. Bu zaman özü də yanıb. Hadisə zamanı evdə olan 58 yaşlı Oruc Qocayev, onun gəlini, 28 yaşlı Günay Qocayeva və nəvəsi Həsən Qocayev müxtəlif yanıq xəsarətləri alıblar.

Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Anar Məmmədovun bədəninin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib.

Həyat yoldaşından 2016-cı ildən boşanan Anar Məmmədovun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Keçmiş həyat yoldaşı Aynurə Məmmədova APA-ya açıqlamasında bildirib ki, Anar Məmmədov onu qonşusuna qısqanırmış. Aynurə Məmmədova boşanmalarına baxmayaraq, eyni evdə qaldıqlarını, lakin hadisə baş verən zaman anasıgildə olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam