Redaktor seçimi
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
Günün xəbəri

“İcra başçısı qalmaqalın”ndə 50 min manatlıq “şirinlik”

 

 

 

 

 

 

 

 

 

Ramazan Səlimovu icra başçısı təyin etdirəcəyini deyən keçmiş hakimin «Şərurlu İsfəndiyar»a niyə borcu olub? 

    "Xeberinfo.com": “Milyonluq qalmaqal”la bağlı redaksiyamıza yeni təfərrüatlar daxil olub. Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqaldan gedir. Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib.

Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub. 

“Gülər Əhmədova olayı”nı xatırladan bu hadisə barədə ilk dəfə “Azadlıq” qəzeti yazıb. Həmin vaxt bu olaya görə həbs edilən Elman Məmmədovun vəkili Adəm Məmmədov da bəzi təfərrüatları qəzetimizə açıqlayıb. Məhz Adəm Məmmədovun açıqlamalarından sonra Həsən Əliyevin hakimliyinə xitam verilib və barəsində cinayət işi başlanıb. 

(Əvvəli ötən sayımızda)

Həsən Əliyev 1 milyonluq mənzil alıbmış

Ramazan Səlimov yazır ki, Həsən Əliyevin ad günündən sonra onunla münasibətləri daha da yaxşılaşıb: “18 aprel 2012-ci ildə Həsənin ad günü olduğundan Mərkəzi Univermaqdan ona 2000 manat dəyərində qızıl fiqur hədiyyə aldığ. Həsən yenə də mənə dedi ki, darıxma, görəcəksən mən sənin üçün nə edəcəyəm. Hətta məni evlərinə də dəvət etdi, ancaq mən evə getməkdən imtina etdim. Onun ad gününü təbrik edəndən sonra Həsənlə aramızdakı münasibətlər lap yaxşılaşdı. 2012-ci ilin may-sentyabr ayları ərzində dəfələrlə Həsənlə zəngləşib görüşürdük, o mənim işimlə bağlı müxtəlif vəzifəli şəxslərlə görüşdüyünü deyir, görüşdüyü şəxslərin adlarını mənə bildirmirdi. Hər dəfə də mən ona mənim işimlə bağlı görüşdüyü şəxslərə verməsi üçün müxtəlif hədiyyələr alıb verirdim. Üst-üstə mən ona bu görüşlər üçün 34.000 manat dəyərində hədiyyələr alıb vermişəm. Artıq 2012-ci ilin yay aylarında Həsən mənə dedi ki, qaz, işıq, su  idarələrinin müdiri təyin olunma məsələm ləğv olunub, indi mənim rayonların birinə icra hakimiyyəti başçısının müavini təyin olunmaq məsələm həll edilir.

2012-ci ilin may ayının axırlarında Həsən mənə çox təlaşlı zəng etdi və təcili görüşmək lazım olduğunu dedi. Iş yerində onunla görüşdüm, Həsən mənə danışdı ki, tikinti işləri ilə məşğul olan Isfəndiyar adlı şəxsdən Nəsimi bazarının yaxınlığında tikilən hündürmərtəbəli binadan 1 milyon manatlıq mənzil alıb, bütün etajı satın alıb və hazırda Isfəndiyara 200.000 manat borcu qalıb. Indi bu pulun faizini hər ay Isfəndiyara ödəyir, bu isə ona çox çətinlik yaradır. Həsən mənə dedi ki, onsuz da sən işinə görə 1 milyon dollar, yəni 800.000 manat pul verməlisən, gəl o pulun 200.000 manatını əvvəlcədən ver, mən Isfəndiyara aparıb borcumu ödəyim. Mən də Həsənə dedim ki, o pulun 300.000 manatını vermişəm, hələ bir irəliləyiş yoxdur, əgər bir addım işimdə irəliləyiş olsa sənə o pulu verməyə hazıram. Həsənə yox desəm də, sonuncu dəfələrlə o pulu məndən istəyib, mənə dəfələrlə bu mövzuda mesajlar yazıb, ancaq mən ona həmin pulu verməmişəm".

Rüşvətin borc kimi “aformit” edilməsi

Ramazan Səlimovun sözlərinə görə, daha sonra Həsən Əliyev ona bildirib ki, onu Pirallahı rayonuna icra başçısı təyin etdirəcək:  “2012-ci ilin sentyabr ayında növbəti görüşlərin birində Həsən mənə dedi ki, Bakı şəhərində yeni rayon yaranacaq və məni ora təyin edəcəklər. Bundan başqa, o öz işi barədə danışaraq dedi ki, tezliklə Sumqayıt şəhərinə məhkəmə sədri təyin olunacaq, həmin şəhərin icra başçısının qəbulunda olub, məsələsinin həlli üçün Ukraynada lazımi adamlarla görüşüb. Mən ona dedim ki, əgər işin düzəlsə mən sənə köməklik etməyə hazıram. Doğrudan da 2012-ci ilin noyabr ayında mətbuatda Bakı şəhərində Pirallahı rayonunun yaradılacağı barədə yazılar getdi. Bu rayonun yaradılacağı məni ümidləndirdi və Həsən mənə zəng vuraraq tezliklə Pirallahı rayonuna icra başçısı təyin olunacağımı deyib pulun qalan hissəsinin verilməsini tələb etdi. Mən ona dedim ki, 300.000 manat vermişəm, 300.000 manat da indi verim, qalan 200.000 manatı da sərəncam verilən kimi verəcəyəm. Həsən əvvəlcə narazılıq etsə də, sonra razılaşdı. Mən həmçinin Həsənə dedim ki, birinci 300.000 verəndən sonra sən söz versən də fondun mədaxil qəbzini vermədin, ona görə də bu dəfə pulu notarial qaydada müqavilə bağlamaqla verə bilərəm. Həsən tərəddüd etsə də, nəhayət razılaşdı. 05.12.2012-ci ildə onunla birlikdə Xətai rayonu 6 saylı dövlət notariat kontoruna getdik, Həsən içəri girdi və orada onunla mənim aramda guya mənim ona 300.000 manat borc pul verməyim barədə müqavilə tərtib edildi. Həmin notariat kontorunun müdiri Ərəstun onun dostu idi. Mənim şəxsiyyət vəsiqəm üstümdə olmadığından müqaviləni imzalaya bilmədim, Həsən isə müqaviləni həmin gün imzaladı. Oradan çıxdıq və Həsənin maşınında notariatın qarşısında 14 bağlama 100-lük, 32 bağlama 50-lik əskinaslar olmaqla 300.000 manat pulu Həsənə verdim. Həsən qalan 200.000 manatı da sərəncam veriləndən sonra çatdırmalı olduğumu dedi. Həsən pulları sayıb mənim işimin həlli üçün aparıb lazımi adamlara vercəyini dedi. Səhəri gün mən notariat kontoruna gedib müqaviləni imzaladım, Qüdrət məni notraiat kontorunun qarşısında gözləyirdi. Həsənin nüsxəsini Qüdrət götürdü, mən də öz nüsxəmi götürdüm.

Beləliklə Həsən Əliyevə rayonların birinə icra başçısı vəzifəsinə təyin olunmaq üçün 600.000 manat nağd pul versəm də, sonuncu məni aldatdı və mənim işə təyin olunmaq məsələmi həll etmədi. Həsən məndən qalan 200.000 manatı da istəyirdi, hətta Isfəndiyarın onu sıxdığını telefonla danışığı zamanı, yazdığı mesaclarla mənə bildirirdi. Hətta mənə Isfəndiyarın bank hesablarını da göndərdi ki, mən həmin hesaba onun Isfəndiyara olan borcunu bağlamaq üçün pul ödənməsi məsələsini həll edim. Ancaq mən hər dəfə ona deyirdim ki, işim düzəlsin, 200.000 manatı da verəcəyəm, Lakin Pirallahı rayonuna başqa adam icra başçısı təyin olundu. Bunu eşidəndən sonra mən çox pis oldum, Həsənə zəng vursam da, sonuncu telefonlara cavab vermirdi. 2013-cü ilin yanvarın axırında onu tapa bildim, Həsən dedi ki, ora neft rayonu olduğundan Dövltə Neft Şirkətindən bir nəfər təyin ediblər. Səni başqa rayona təyin edəcəyik, darıxma, fevral ayında sənin məsələn həll olunacaq, alınmasa pulunu qaytaracağam. 2013-cü ilin mart ayının 5-də onunla sonuncu görüşüm oldu, Həsənə dedim ki, mənim pulumu qaytarmaq lazımdır, Həsən dedi ki, sabah gəl pulunu apar. Ancaq o mənim zənglərimə cavab vermədi, sonra da mənə mesaj yazdı ki, hələ pul tapa bilməmişəm. Mart ayının 7-8-də mən onu tapa bilmədim, 18 martda onunla zəngləşdik, Həsən mənə Türkiyəyə gedəcəyini deyəndə mən ondan şikayət edəcəyimi bildirdim. Həsən mənim pulumu yuxarı vəzifəli şəxslərə verdiyini, özündə olmadığını dedi. 19.03.2013-cü ildə mən Həsənə birinci pulu verdiyim ərazi üzrə Nərimanov RPI 16-cı polis bölməsinə gəlib bölmə rəisi Hikmət Usubovla görüşdüm, mahiyyəti üzrə ona məlumat verdim və ərizə yazdım. Iş günü olmadığından ərizəm yalnız 25.03.2013-cü ildə qeydiyyata alındı. Hikmət Usubov Nərimanov rayon prokuroru Fikrət Mahmudovla telefon əlaqəsi saxladı, ondan sonra mənə dedi ki, get Həsən Əliyevi tapandan sonra səninlə əlaqə saxlayacağam. Mənim ərizəmi bölmədə təhqiqatçı Şövqi və əməliyyatçı Məhərrəm adlı zabitlər araşdırırdı. Mən bölmədə 3 dəfə izahat yazmışam. Həsən Əliyev polis bölməsinə 10 aprel 2013-cü ildə gəldi. Bölmədə Hikmət Usubovun, Şövqinin, Məhərrəmin, mənim həyat yoldaşımın yanında etiraf etdi ki, məndən 600.000 manat pulu guya borc alıb və 1 ay müddətinə restoranını, kafesini satıb pulu qaytaracağına söz verdi". 

Həsən Əliyev pulun əvəzinə nə təklif edib?

Həsən Əliyev pulun əvəzində Ramazan Səlimova əmlakını təqdim edib: “Həsən mənə ”Palma" adlı restoranını, Pirşağıda 3 mərtəbəli bağ evini, Ayna Sultanova körpüsünün yanında qadın gözəllik salonu, Novxanıda 2 hektar torpaq sahəsi, Nabranda 30 sot özəl torpaq sahəsi, Yasamal rayonunda yerləşən həyat yoldaşının müdirə olduğu özəl uşaq bağçasının torpaq sahəsini, “Içərişəhər” metrosunun yanındakı yeni tikilidə 3 otaqlı mənzil təklif edib, ancaq bu sənədlərə mən baxmamışam, onların hamısına Hikmət Usubov baxıb və bu obyektlər başqasının adına olduğu üçün mən qəbul etməmişəm. Mən özüm Hikmət Usubova demişdim ki, Həsəndən mənim pullarımı alıb qaytarılmasına köməklik etsə həmin puldan ona hörmət edəcəyəm, onların əziyyətini nəzərə alacağam. Ancaq aramızda konkret məbləğ söhbəti olmayıb. Həsən bir ay söz versə də, iki ay ərzində gətirib pulu verə bilmədi. Bu müddət ərzində biz dəfələrlə polis bölməsinə gedib işlə maraqlanırdıq.  2013-cü ilin iyun ayının 25-də Hikmət Usubov mənə zəng vurub həyat yoldaşımla birgə 16-cı polis bölməsinə dəvət etdi. Hikmət Usubovun otağına girəndə Elman Məmmədovu gördüm. Elman bizə dedi ki, bu məsələni o həll edəcək, siz Həsəni narahat etməyin, indi 100.000 manat gətirmişəm. Qalanını da hər həftə hissə-hissə gətirəcəyəm. Elman bayırda 100.000 manatı bizə verdi. Bu pulu alandan sonra, polis bölməsinin əməliyyatçısı Məhərrəm onların əməyinin qiymətləndirilməsini istədi, məndə həmin pulun tən yarısını, yəni 50.000 manatını ona verdim. Bu pulu ona görə verdim ki, onlar mənim işimlə ciddi məşğul olsunlar, Həsən Əliyevi sıxıb mənim bütün pullarımı ondan alıb mənə qaytarsınlar. 

10 gündən sonra Elman bizə 80.000 manat pul gətirib verdi. Təxminən 10 gündən sonra bir dəfə də 70.000 manat pul gətirib verdi. 10.07.2013-cü ildə Elman gəlib dedi ki,  Həsən daha pul verməkdən imtina edir, torpaq sahəsi və başqa obyektlər verir. Beləliklə, Həsən qəti surətdə pul verməkdən imtina etdi. Hikmət Usubov mənə dedi ki, daha bu məsələni saxlaya bilmir və işi prokurorluğa göndərəcəkdir. O həmçinin mənə rayon prokuroru Fikrət Mahmudovun qəbuluna getməyi məsləhət gördü. Mən 2013-cü ilin iyul ayında 4 dəfə Nərimanov rayon prokurorluğuna getsəm də, prokuror məni qəbul etmədi. Ümumiyyətlə işimlə bağlı mən Nərimanov rayon prokuroru və onun müavini Cavid adlı şəxslə heç vaxt görüşməmişəm. Cavidin adını mənə 2013-cü ilin iyul ayında Hikmət Usubov çəkib, mənə deyib ki, Nərimanov rayon prokurorunun müavini Cavid mənim ərizəmin mənim xeyrimə araşdırılmasına mane olmaq istəyib, ərizənin aidiyyətinin Nərimanov rayon ərazisi yox, Binəqədi rayonuna aid olduğunu deyib. 2013-cü ilin iyul ayında Həsən Əliyev qəti surətdə mənə pul ödəməkdən imtina etdiyini bildirəndən sonra mənim ərizəm Baş prokurorluğa göndərildi. Qeyd edim ki, 2013-cü ilin mart ayında mən Həsəndən şikayət edəndən sonra Həsən Əliyevin adamları Qüdrət və Tariyel məndən 16-cı polis bölməsinə şikayət etdilər ki, guya mən Qüdrətə torpaq sahəsi satmaq adı ilə ondan 5000 manat, Tariyelin oğlunu isə hakim köməkçisi düzəltmək adı ilə 10.000 dollar pul almışam. Bunların hamısı uydurma idi, mənə təzyiq xarakteri daşıyırdı, Həsən bununla məni qorxutmaq istəyirdi. Bölmədə bunu araşdırdılar və təsdiqini tapmadı. Qüdrət və Tariyelin mənim haqqımda yazdığı ərizələrin araşdırılması ilə əlaqədar polis bölməsində məndən pul istəməyiblər və almayıblar. 2013-cü ilin avqust ayında Həsən Əliyev Milli Təhlükəsizlik Nazirliyinə ərizə ilə müraciət edib ki, Elman Məmmədov onun 100.000 maanat pulunu alıb aldadıb, mənim bundan məlumatım olmayıb, məni MTN-ə çağırdılar və izahatımı aldılar. Izahatımda hər şeyi olduğu kimi göstərdim".

 

Azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam