Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Günün xəbəri

Qubada narkotik bitkilərin kultivasiyası ilə məşğul olan iki qardaş saxlanılıblar

 Quba RPŞ-nin Qonaqkənd  Polis  Bölməsinin  əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Şabran rayon sakinləri  iki qardaş Zaur və Vüqar Bəgiyevi  saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşların meşə zolağında əkib yetişdirdiyi 156 ədəd yaş vəziyyətdə  əkilib-becərilməsi qadağan olunmuş çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.

Bundan əlavə olaraq həmin şəxslərin üzərlərinə və yaşadıqları evə baxış keçirilən zaman 1,5  kiloqram narkotik vasitə olan marixuna, 90 ədəd çətənə (kannabis) bitkisinin qalıqları (qurudulması üçün qoyulan)  aşkar olunaraq götürülüb.

Həmçinin, davam etdirilən əməliyyat tədbirləri zamanı V.Bəgiyevin evinə baxış zamanı oradan bir ədəd tüfəng və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam