Bu dövlətlər arasında bütün əlaqələr kəsilib-QALMAQAL
Afina ilə Moskva arasında münasibətlər tamamilə pozulub, əməkdaşlıq və bütün təmaslar kəsilib.
Yenixeber.org: Bunu Rusiyanın Yunanıstandakı səfiri Andrey Maslov bildirib.
“Fevralın sonundan etibarən Yunanıstanla ikitərəfli münasibətlərimiz kəsilib, Afina ilə heç bir əməkdaşlığımız və təmasımız yoxdur. İndiyədək əldə edilən bütün inkişaf, onilliklər ərzində toplanan ikitərəfli münasibətlər bir neçə gün ərzində məhv olub”, - diplomat vurğulayıb.
Qeyd edək ki, bir müddət öncə Yunanıstan və Rusiya qarşılıqlı olaraq bir-birinin diplomatlarını ölkədən çıxarıb. Bundan əlavə, Yunanıstan Rusiya təyyarələrinin özünün hava məkanına daxil olmasını qadağan edib.