Redaktor seçimi
Müəllim-sahibkardan prezidentə müraciət:
"Bilgəh" Kardioloji Sanatoriyası kütləvi etiraz yaradır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
Günün xəbəri

Salyan qaydaları pozan sürücülər qanunvericiliyə uyğun olaraq məsuliyyətə cəlb olunublar -Fotolar

DİN-in Mətbuat Xidmətinin Şirvan şəhərində regional qrupundan Yenixeber.org-a verilən məlumata görə, Salyan Rayon Polis Şöbələrinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində nəqliyyatın sıx olduğu küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Tədbirlər zamanı müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan, həmçinin avtobus dayanacaqlarını və piyada səkilərini zəbt edən sürücülərlə polis əməkdaşları profilaktik söhbətlər apararaq, onlara törətdikləri qayda pozuntularının yol hərəkəti iştirakçıları tərəfindən xoş qarşılanmadığını və sakinlərin haqlı narazılığına səbəb olduğunu çatdırıblar. Sürücülərə parklanma qaydalarını izah edən inspektorlar, bir daha qaydalara ciddi riayət etmələrini tapşırıblar.

Bundan əlavə bölmə əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində nəqliyyat vasitələrinə konstruksiya dəyişikliyi edərək idarə edən, eləcə də müvafiq sənədləri olmadan avtomobil idarə edən  sürücülər də saxlanılıblar.

Həmin şəxslərlə də yol verdikləri qayda pozuntuları barədə profilaktiki söhbətlər aparılıb, barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Tədbirlər zamanı ümumilikdə 34 sürücü barəsində inzibati qaydada protokol tərtib olunub və həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb olunublar.

 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam