Çavuşoğlu ermənilərə “Bozqurd” göstərməsindən danışdı - VİDEO
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu onun Uruqvay səfərinə etiraz edən ermənilərə “Bozqurd” işarəsi göstərməsindən danışıb. XİN rəhbəri bildirib ki, Uruqvayla hansısa problem yoxdur.
Yenixeber.org: "Bizimlə münasibətləri canlandırmaq istəyirlər. Bu çərçivədə səfərimiz baş tutdu. Biz Uruqvay səfərimiz çərçivəsində bir abidə önünə əklil qoymalı idik. Uruqvay səlahiyyətliləri "mümkün bir nümayiş halında çələng qoyma mərhələsini ləğv etsəniz, minnətdar olarıq" dedilər. Biz də ləğv etdik.
Binamızın açılışı zamanı səfirimizi o dəstənin ora buraxılmayacağına əmin etdilər. Söz verdikləri halda dəstənin ora yaxınlaşması səhv idi. Əslində, nümayişçilər çox çirkin davranışlar nümayiş etdirdilər. Qəbuledilməz bu çirkin münasibətdən sonra lazımi cavabı verdik. Bizim hərəkətimiz nə Uruqvay hökumətinə, nə Uruqvay xalqına, nə də nümayişçilərə təhqirdir. Buna görə bizi günahlandırmaq yersizdir. Dedik ki, gələcəyə baxmalıyıq".