Redaktor seçimi
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Təhməzlilərin "6-cı mərtəbə"sində çirlki pullar belə yuyulur -
Səbzəliyev qardaşlarının “Sobsan” boya fabriki ekoloji fəlakət yaradır-
Heydərovların “London macərası” başa çatdı – 
Qadının evini başına uçuran “Melissa Group” tikinti şirkəti kimindir? -
Deputatlığa namizəd olmuş “Emil Daymond” kimi tanınan Emil Məmmədov əslində kimdir? -
Günün xəbəri

Kəlbəcər sakini:"Ermənilər "Tunel" qırğınında atamı və bacımı öldürüb, onun körpəsini isə girov götürdülər"

 

"Atam, bacım və bacımın uşağı 1992-xi ildə "Tunel" qırğını zamanı ermənilərin silahlı hücumuna məruz qalıb".

Yenixeber.org: Bunu Kəlbəcərə ezam olunmuş əməkdaşına həmin faciə zamanı ailə üzvlərini itirmiş Kəlbəcər sakini Əfsəl Mirzəyev deyib.

Həmin hadisələrlə bağlı xatirələrini bölüşən Ə.Mirzəyev bildirib ki, hadisələrin cərəyan etdiyi dönəmdə atası məktəb direktoru, bacısı isə müəllim vəzifəsində çalışırmış:

"Həmin vaxtlar mən 26 yaşında idim. Bacımın isə 28 yaşı var idi və o, qonşu kənddə məktəblərin birində müəllim işləyirdi. Həmin günü bacım azyaşlı övladı ilə birlikdə atamgilə qonaq gəlmişdi. Qaçaqaç düşən zaman atam, bacım və onun körpəsi ermənilərin silahlı hücumuna məruz qalıb".

Onun sözlərinə görə, hadisə zamanı atası və bacısı qətlə yetirilib, körpə isə girov götürülüb: "Sonradan bacımın uşağı Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəsilə girovluqdan azad edildi. Amma atamın və bacımın harada dəfn olunduqları barədə məlumatımız olmadı. Buna görə də onlar itkin sayılır".

Kəlbəcər sakini Maqsud Rəhimov isə deyib ki, atası Əskərxan kişi "Tunel" qırğını zamanı girov götürülüb. Onun sözlərinə görə, ermənilər atasının olduğu avtobusu pusquya salaraq bir neçə şəxsi güllələyib, bir qismini isə girov götürərək işgəncələrə məruz qoyublar.

Qeyd edək ki, "Tunel" qətliamını törədən dəstəyə məşhur terrorçu, sonralar Ağdam rayonu ərazisində öldürülən "Avo" ləqəbli Monte Melkonyan başçılıq edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam