Redaktor seçimi
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
“Karqo Şamil”in görünməyən üzü…
QHT Agentliyinin “Məlahətli Ana” seçimi -
Fuad Nəcəfli və Samiq Sadıxov cütlüyünün görünməyən əməlləri -
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Günün xəbəri

Cəlilabadın bu kəndlərində internet problemi yaranıb-SİYAHI

Cəlilabad rayonunun 9 kəndinə telefon xəttlərinin çəkilməməsi sakinlərin həm də internetdən istifadəsini məhdudlaşdırıb.

Yenixeber.org: Bu barədə Muğan büromuza yerli sakinlər məlumat veriblər.

Sakinlərin sözlərinə görə, rayonun bir sıra kəndlərində telefon xəttləri bərbad vəziyyətdə olduğu üçün istifadəsi mümkün deyil: "Bu problem bir neçə ildir ki, davam edir. Rayonun Astanlı, Fərzili, Zopun, Abdullu, Suluçeşmə, Cəfərli, Cünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndlərinin ümumilikdə 5 000-dən çox əhalisi olsa da, cəmi 70-ə yaxın evə telefon və internet xətti çəkilib. Həmin xətlər də qırılaraq tökülüb. İnternet də demək olar, yox vəziyyətindədir".

Problem ilə bağlı "Aztelekom" MMC-dən "Report"un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz ediləcək: "MMC-nin Cənub Regional Filialının xidməti ərazisinə daxil olan Cəlilabad rayonunda 9 000-ə yaxın istifadəçi tutumlu şəbəkə üzərindən sakinlərə rabitə xidmətləri göstərilir: "Sözügedən rayonda yeni yaşayış massivlərinin salınmasını və sakin artımını nəzərə alaraq burada telekommunikasiya infrastrukturunun yenilənməsi işlərinə başlamışıq. Hazırda GPON (Gigabyte Passive Optical Network – Qiqabit tutumlu passiv optik şəbəkə) texnologiyası əsasında optik layihə tətbiq edilən ərazilərdə köhnəlmiş və istismar müddəti bitmiş mis naqillər yeni fiber-optik xətlərlə əvəz edilir".(report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam