Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Xüsusi karantin rejimi günlərində -telefon və internetlə bağlı problem olmayacaq

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar elan edilmiş xüsusi karantin rejimi günlərində (14-15 iyun) ölkə vətəndaşlarının nəqliyyat, poçt, telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi məqsədilə zəruri tədbirləri davam etdirir.

Yenixeber.org: Bu barədə Nazirliyin açıqlamasında bildirilir. 

Məlumata görə, bu məqsədlə tabeli qurumlara, rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verilib.

Xüsusi karantin rejimi günlərində Nazirliyə məxsus “Aztelekom” və “Bakı Telefon Rabitəsi” MMC-lər sabit telefon və genişzolaqlı internet xidmətlərinin fasiləsiz işini təmin edəcək. 

Vətəndaşlardan 24/7 fəaliyyət göstərən 155, 170 nömrəli “Vahid Çağrı Mərkəzi”nə və Nazirliyin 1655 nömrəli “Qaynar xətti”nə daxil olan müraciətlər anında emal edilərək aidiyyəti struktur bölmələrə yönləndirilir. Eyni zamanda müraciətlər Nazirliyin və qurumların elektron poçt ünvanları və sosial media hesabları vasitəsilə elektron qaydada qəbul olunur. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam