Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Paytaxtın mərkəzi küçələri -optik şəbəkəyə keçir

Paytaxtın mərkəzi küçələri optik şəbəkəyə keçir
İlin sonunadək “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) “Evədək optika” layihəsi çərçivəsində paytaxtın mərkəzindəki bütün yaşayış binalarını genişzolaqlı xidmətlərlə təmin edəcək.
Yenixeber.org: Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi İctimaiyyətlə əlaqələr sektorundan verilən məlumata görə, hazırda “Baktelecom”un “AzEuroTel” telekommunikasiya operatoru tərəfindən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda rekonstruksiya işlərinə başlanılıb və mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi prosesi həyata keçirilir. Tezliklə qoruqdakı mənzillərin və qeyri-yaşayış sahələrinin optik xətlər üzərindən yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanacaq. Qeyd edək ki, layihənin tətbiqi zamanı xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə aparılır.

Eyni zamanda “AzEuroTel” telekommunikasiya operatorunun xidməti ərazisinə daxil olan paytaxtın mərkəzi küçələrində də köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkənin təşkili işləri davam edir. Ümumilikdə ilin sonunadək “AzEuroTel” MMC tərəfindən beş mindən yuxarı mənzildə yenilənmə işləri başa çatacaq və sakinlərin mərhələli şəkildə optik şəbəkəyə çıxışı təmin ediləcək.

Məlumat üçün bildirək ki, hazırda Bakı şəhəri üzrə 60 minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, paytaxtın Yasamal, Xətai və Nizami, Qaradağ və Suraxanı rayonlarında rekonstruksiya işləri aparılır.

Qeyd edək ki, “Evədək optika” layihəsi “GPON (Gigabit Passive Optical Network)” texnologiyası əsasında tətbiq edilir. Texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadə imkanı verir. Bu baxımdan “Baktelecom” abunəçilərin texnologiyanın üstünlüklərindən yararlanmasına və sərfəli şərtlərlə yeni “1 xətt 3 xidmət” paketinə qoşulmasına imkan yaradır.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam