Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Novruz bazarlığı:30 manata səməni və daha nələr...

Satıcılar ötən ilə nisbətən alıcı sarıdan korluq çəkmirlər; bazarlarda qiymətlər necədir?

Yenixeber.org: Novruz bayramına hələ iki həftə var. Amma insanlar bayram üçün tədarükünü indidən edir. Paytaxt sakinləri bildirirlər ki, bayram günü qiymətlər yüksək olur, ona görə indidən bazarlara, yarmarkalara axın edirlər. Əməkdaşımız paytaxtdakı bir neçə bayram yarmarkasında olub, qiymətlərlə maraqlanıb, alıcıların fikirlərini öyrənib. Yolumuzu ilk olaraq metronun “Qara Qarayev” stansiyasından saldıq, yaxınlıqda açılan bayram yarmarkasına daxil olduq. Çadıra yaxınlaşar-yaxınlaşmaz insanların qiymətlərin yüksək olması ilə bağlı narazılığını eşitdik. Paytaxt sakini yarmarkalarla müqayisədə bazarlarda qiymətlərin daha aşağı olduğunu bildirdi: “Əvvəlki illərdəki kimi ala bilməsək də, hərəsindən bir az alıb, bayram süfrəsi quracağıq. Qiymətlər ötən illə müqayisədə çox qalxmasa da, cibimizdə olan pul bütün nemətlərdən almağa imkan vermir. Məsələn, püstənin qiyməti çox yüksəkdir, bir neçə ləbləbi alsam da, püstə ala bilmədim. Səməni də çox bahadır. 30 manata səməni olar?!”Bayram süfrəsi üçün lazım olan ərzaqların qiyməti isə fərqli idi. Misal üçün, Şəki qozunun bir kiloqramı 5 manat,  Qəbələ qozu 6 manat , Çili qozu isə 13 manat təşkil edir. Xaçmaz fındığı 6 manat 50 qəpiyə, Qazax fındığı 8 manat 50 qəpik, Zaqatala fındığı isə 7 manatadır. Şabalıd da müxtəlif qiymətə satılır. Zaqatala şabalıdı 11 manat, Qəbələ şabalıdı 10 manatadır. Qurudulmuş Balakən xurması isə 5 manatadır. Qoz ləpələrini də fərqli qiymətə satışa çıxarılıb. Məsələn, Zaqatala qozu 15 manat, Qəbələ 17, Şəki qozu 18 manat, Ordubad qozu isə 23 manatadır.Badam ləpəsi hər il olduğu kimi, bu il də bahadır. Saray badamı 17 manat, Braziliyadan gətirilən badam isə 22 manat təşkil edir. Püstənin də bir kiloqramının qiyməti bahadır-23 manata.Bizimlə söhbətdə satıcı qeyd etdi ki, ötən illə müqayisədə bu il malların qiymətində artım var: “Misal üçün, keçən il ərik qurusunu 12 manata almışdıq, bu il isə 14 manata aldıq. Ona görə qiyməti bir az baha satmağa məcburuq. Bu il bayram ərəfəsində alıcı qüvvəsi də elə çox deyil”.Satıcı ilə söhbətdən ayrılıb yarmarkada digər məhsulların qiymətləri ilə  maraqlanmağa davam edirik. Təmizlənmiş araxis 6 manat 50 qəpiyədir. Təmizlənməmiş araxis isə 7 manat 50 qəpiyədir. Təmizlənmiş fındıq ləpəsi 16 manat, təmizlənməmiş isə 15 manatadır.Novruz ənənələrinə görə süfrəyə yeddi çeşiddə quru meyvə qoyulmalıdır. Odur ki, quru meyvələri də müxtəlif qiymətdə satışda görmək olar. Məsələn, Göyçay innabı 3 manat 50 qəpiyə, iydə 7 manat, Özbəkistan (iri) innabı 10 manata satılır. Ərik qurusu isə 16-17 manat arası dəyişir. Tumlu xurma da 6 manatdır. Ağ kişmiş 7 manat, qara kişmiş 11 manatdır.Satıcı bizimlə söhbətdə  qiymətlərin mağazalarda fərqli olması məsələsinə də münasibət bildirdi: “Başqa mağazalarla müqayisə edəndə qiymətlər fərqli ola bilər. Çünki ayrı-ayrı yerlərdən alırıq, malın keyfiyyəti fərqli ola bilər”.Alıcılar tərəfindən narazılıq doğuran  məsələ səmənilərin qiyməti ilə bağlıdır. Düzdür, kiçik ölçülü səmənilərin qiyməti əlçatandır. 1-3 manata səməni almaq olar. Amma böyük səmənilərin qiyməti yüksəkdir - 30 manata.Buradan ayrılıb müşahidələrimizi metronun “Neftçilər” stansiyası yaxınlığındakı yarmarkada davam etdiririk. Satıcı ilə söhbətdə öyrənirik ki, şəhərdə ən ucuz qiymətlər buradadır. Görəsən, deyildiyi kimidirmi? Baxırıq, burada təmizlənməmiş fındıq ləpəsi 12 manat, təmizlənmiş 15 manatadır. Bu yarmarkada da badam ləpəsi müxtəlif qiymətə satılır. Misir badamı 19 manata, Novxanı badamı isə 20 manatadır. Qovrulmuş araxis 7 manat,  qovrulmamış araxis isə 6 manatadır.Ağ kişmişin qiyməti isə 8-10 manat arası dəyişir. Qara kişmiş 8-12 manat arası dəyişir. İydənin bir kiloqramı 6 manatdır. Kiçik ölçülü innab 4 manat, böyüyü isə 6 manatdır. Fıstıq 25 manatdır. Ərik qurusu 13 manatdır. Qarışıq çərəz isə 12 manatadır. Qoz ləpəsini də müxtəlif qiymətlərdə əldə etmək olar. Qoz ləpəsinin ölçüsündən, keyfiyyətindən asılı olaraq qiyməti 13 manatdan başlayır, 17 manatadək dəyişir. Səməninin qiyməti burada daha ucuzdur- 1-3 manata.  Şabalıd isə 9 manatadır.Bizimlə söhbətdə satıcı qeyd etdi ki, ötən ilə nisbətdə bu il alıcı sarıdan korluq çəkmirlər: “Keçənilkinə baxanda alıcı sayı artıb. Bu il qiymətlər də münasibdir. Keçən il qiymətlər baha idi, bu il qiymətlər nisbətən aşağı düşüb. Malları münasib qiymətə alıb gətirib satırıq”.Satıcılarla söhbətdə bir məqam diqqətimizi çəkdi. Nəzərə alsaq ki, satıcılar malları eyni yerdən - “Meyvəli” adlanan topdansatış yerindən alırlar. Amma yarmarkalarda satıcılar bir-birinə əks olan fikirlər səsləndirdi, biri bu il malların ucuz, digəri isə baha gətirildiyini dedi...   Qeyd edək ki, hər il paytaxtın müxtəlif yerlərində bayram yarmarkaları təşkil edilir. Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentindən verilən məlumata, yarmarkaların təşkil edilməsində məqsəd bayramqabağı paytaxtda qiymət artımının qarşısını almaq və küçə ticarətini həmin yarmarkalara cəlb etməkdir. Fevralın 27-dən etibarən bayram yarmarkaları üçün çadırlar quraşdırılıb. Novruz yarmarkaları martın 25-dək davam edəcək.Afaq MİRAYİQ,Şəkillər müəllifindir,“Müsavat” 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam