Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

Azərbaycanda “AstraZeneca” vaksininin istifadəsi dayandırıldı:Səbəb AÇIQLANDI

 

Səhiyyə Nazirliyi Azərbaycanda “AstraZeneca” vaksininin istifadəsinin dayandırılma səbəbini açıqlayıb. 

Yenixeber.org: Qurumdan bildirilib ki, buna səbəb “AstraZeneca”nın bütün dozalarının bitməsidir. 

Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə məhv edilən vaksin dozalarının sayı 507 339-dur.

Bu barədə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq” adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.

O qeyd edib ki, respublikada məhv edilən vaksin dozalarının ümumi vaksinlərin 4.1 faizini təşkil edir.

Məhv edilən vaksinlərin 273 848 dozası “AstraZeneca”, 50 592 dozası “Pfizer”, 182 898 dozası “Sputnik V” vaksinləridir.

Məlumata əsasən, ölkədə “AstraZeneca” vaksininin istifadəsi dayandırılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam