Azərbaycanın xarici ticarət dövriyyəsinin müsbət saldosu -3 dəfə artıb
Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 4,061 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Yenixeber.org: Dövlət Gömrük Komitəsi xəbər verir ki, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 68,4% çoxdur.
Ötən ay xarici ticarət döviryyəsinin 3,087 milyard dolları ixracın, 0,975 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 90,1 %, idxal isə 23,7 % artıb.
Son nəticədə xarici ticarətdə 2,112 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.