Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

“Welcome back Trump”:ümidlər, narahatlıqlar və mübahisəli təsirlər

news content
             Dünyanın müxtəlif bölgələrində onun siyasətinə olan münasibətlər necədir?

Yenixeber.org: İctimai rəy sorğusunun nəticələrinə görə, prezident Donald Trampın qlobal arenaya qayıdışı ABŞ-ın ənənəvi müttəfiqlərindən çox, ölkənin rəqibləri tərəfindən müsbət qarşılanır. Dünyada insanların çoxu Trampın növbəti prezidentlik müddətini alqışlayır və onun qlobal münaqişələrə son qoyaraq, sülh gətirə biləcəyinə inanır. Bununla belə, Avropa Xarici Əlaqələr Şurası (ECFR) tərəfindən 24 ölkədə keçirilmiş sorğu göstərir ki, avropalılar və cənubi koreyalılar Trampın "geopolitik Qərb"in zəifləməsinə səbəb olacağından narahatdırlar.

Amerikanın Newsweek nəşri elektron poçt vasitəsilə Trampın komandası ilə əlaqə saxlayaraq bununla bağlı şərh verilməsini istəyib.

ABŞ son 100 il ərzində “azad dünyanın lideri” olaraq tanınıb və BMT Təhlükəsizlik Şurasının üzvü və NATO-nun qurucu dövləti kimi böyük maliyyə və siyasi gücə sahib olub. Nəşr yazır ki, bu sorğu yalnız Qərb demokratiyaları ilə ABŞ arasındakı əlaqələrin zəifləməsini deyil, həm də bu alyansa daxil olmayan ölkələrin qlobal arenada daha nəzərəçarpan rol oynamaq istəklərini göstərir.

Böyük Britaniya buna qədər ABŞ-la “xüsusi əlaqələri” ilə tanınıb. Lakin ECFR-in sorğusuna görə, britaniyalılar Trampın prezidentliyinin onların ölkəsinə təsiri ilə bağlı optimizm səviyyəsinə görə ikinci yerdədirlər. Sorğuda iştirak edən britaniyalıların yalnız 15 faizi Trampın onların daxili təhlükəsizliyinə müsbət təsir edəcəyini düşünür. 54 faizi isə bunun əksini fikirləşdiyini bildirib.

                       Donald Trampın prezident seçilməsi dünya üçün yaxşıdır, yoxsa pis? 

Trampın prezidentliyinin daxili təhlükəsizliyə təsiri ilə bağlı ən aşağı optimizm səviyyəsi cənubi koreyalılar arasında qeydə alınıb. Onların 67 faizi ABŞ-ın yeni liderinin onların ölkəsinə təsirindən “narahat” olduqlarını bildiriblər.

Eyni zamanda, əvvəllər ABŞ-ın rəqibi hesab edilən Çin, Səudiyyə Ərəbistanı və Rusiya vətəndaşları Trampın dövründə ABŞ-la diplomatik əlaqələrinə müsbət yanaşırlar. Ən yüksək dəstək və nikbinlik səviyyəsi Hindistanda müşahidə olunub: sorğuda iştirak edənlərin 75 faizi Trampı “alqışladıqlarını”, 82 faizi isə onun qlobal sülhə faydalı olacağına inandıqlarını deyib.

                                      Fərqli ölkələrdə Trampa münasibət çox fərqlidir. 

ECFR-in apardığı araşdırmaya görə, Trampı alqışlayanlar onun qlobal sülhü təmin edəcəyinə və amerikalılar üçün yaxşı gələcək quracağına inanan insanlardır. Digər tərəfdə isə Trampı heç vaxt qəbul etməyən və onun əksini düşünən inananlar yer alır. Bu iki qütb arasında isə müxtəlif mövqelər dayanır:

  • "Sülh axtaranlar": Onlar Trampın amerikalılar üçün müsbət təsirinə şübhə ilə yanaşsalar da, onun qlobal sabitlik üçün faydalı ola biləcəyinə inanırlar.
  • "Münaqişə tərəfdarları": Onlar Trampın siyasətinin amerikalılar üçün yaxşı olduğunu düşünür, lakin onun dünya üçün o qədər də faydalı olmayacağını hesab edirlər.
  • "Əmin olmayanlar": Bu insanlar gözləmə mövqeyindədirlər Trampın daxili və xarici siyasətinin real təsirini görmək istəyirlər.

Sorğu onu da göstərib ki, insanlar Avropa İttifaqını ABŞ qədər güclü hesab edir və Avropanın müharibədən qorunmaq üçün mütləq ABŞ-a ehtiyacı olmadığını düşünürlər. Bununla belə, ABŞ 2024-cü ildə NATO-nun ümumi büdcəsinin təxminən 16 faizini təmin edib. Bu da blokun bütün üzvləri arasında ən böyük paydır. Tramp isə daha əvvəl bəyan etmişdi ki, NATO ölkələri alyansın büdcəsinə ABŞ qədər töhfə verməlidir və o, “öz hesablarını ödəməyən” ölkələrin müdafiəsi üçün qoşun göndərməyəcək.

Trampın Qrenlandiyaya mümkün müdaxiləsi də alyansın gələcəyini təhdid edə bilər. Çünki Qrenlandiya NATO-nun qurucu üzvü və Aİ-nin üzvü olan Danimarkaya məxsusdur.

Trampın dünya üçün hansı faydaları ola bilər? O, əvvəlcə prezidentliyinin ilk günündə Rusiya-Ukrayna müharibəsini bitirəcəyini vəd etmişdi. Lakin indi bu hədəfi prezidentliyinin 100-cü gününə qədər təxirə salıb. Hazırkı prezident Co Bayden isə hakimiyyətinin son günlərində İsrail və HƏMAS arasında atəşkəs prosesinin sona çatmaq üzrə olduğunu bildirib. Danışıqlar yekun bir plan qəbul edilənə qədər davam edəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam