Redaktor seçimi
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Günün xəbəri

Rusiya ötən il Ukrayna müharibəsində rekord itki verib

 2024-cü ildə Rusiya ordusu Ukrayna ilə müharibədə ölən və yaralananların sayına görə rekord itki verib. 

Yenixeber.org: Böyük Britaniyanın Müdafiə Nazirliyinin xəbərinə görə, xüsusilə dekabr ayında müharibənin hər hansı digər ayına nisbətən daha çox rus hərbçisi həlak olub.

 “Rusiya son aylarda Ukraynada müharibə zamanı hər zamankindən daha çox itki verib”, - Böyük Britaniya Müdafiə Nazirliyinin məlumatında qeyd edilir.

Eyni zamanda, Müdafiə Nazirliyi tammiqyaslı işğalın hər ili üçün Rusiya itkilərinin sayını da açıqlayıb. Qeyd olunur ki, 2022-ci ildə ruslar həlak olan və yaralanan 105 960, 2023-cü ildə 252 940, 2024-cü ildə 429 660 hərbçi itirib.

Ümumilikdə, genişmiqyaslı müharibə başlayandan bəri, Britaniya Müdafiə Nazirliyinin məlumatına görə, Rusiyanın itkiləri 790 mini keçib.

2024-cü ilə gəlincə, məlumatlar göstərir ki, iyun ayından etibarən rusiyalıların itki sayı yalnız artıb. İyun ayında ölən və yaralananların sayı 34 890 nəfər idisə, dekabrda 48 670 nəfər olub.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam