Redaktor seçimi
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin şübhəli qrantları seriyasından... - 
Günün xəbəri

Xarici ticarət 3 dəfə azalıb

 

2015-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 2014-cü ilin eyni dövrü ilə müqayisədə 29,54 faiz azalıb. 

"Xeberinfo.com":  Məlumata görə, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Bu dövr ərzində Azərbaycan 142 ölkə ilə ticarət əməliyyatı aparıb. Hesabata görə, ilk yeddi ay ərzində Azərbaycanın ümumi ticarət dövriyyəsinin həcmi 12,8 milyard dollar təşkil edib.
Xarici ticarət əməliyyatlarında 2,17 milyard dollardan çox müsbət saldo yaranıb. 2014-cü ilk yeddi ayında xarici ticarət əməliyyatlarının profisiti 8,4 milyard dollar olub.
Hesabatda bildirilir ki, bu dövr ərzində ölkənin xarici ticarət əməliyyatlarında 5241 hüquqi və fiziki şəxs iştirak edib ki, onlardan 2954-ü hüquqi, 2287-si isə fiziki şəxsdir.
Yanvar-iyul aylarında 7,47 milyard dollar həcmində ixrac əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin analoji dövründə qeydə alınan göstəricidən 43,6 faiz azdır.
İxrac əməliyyatlarında dövlət sektorunun payı 6,67 milyard dollar, özəl sektor – 697,6 milyon dollar, fiziki şəxslərin payı isə 108, 8 milyon dollar olub.
2015-ci ilin ilk yeddi ayının nəticəsi üzrə idxal 5,3 milyard dolları ötüb ki, bu da 2014-cü eyni dövründə qeydə alınan göstəricidən 8,61 faiz çoxdur.
İdxal əməliyyatlarında dövlət sektorunun payı 1,03 milyard dollar, özəl sektor – 4,1 milyard dollar, fiziki şəxslərin payı isə 192,4 milyon dollar olub.
2015-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 1912 adda məhsul ixrac edilib, 5666 adda məhsul isə ölkəyə idxal olunub.

 

 Trend


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam