Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Azərbaycan içki ixracını 48%-dən çox azaldıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 4,8 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər, eləcə də spirt ixrac edib.

Yenixeber.org: Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 milyon ABŞ dolları və yaxud 48,4% azdır.

Hesabat dövründə içki ixracı Azərbaycanın ümumi ixracının 0,1%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0,9%-ni təşkil edib.

4 ay ərzində Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkilərin, spirtin dəyəri isə 18,2 milyon ABŞ dolları təşkil edib. Bu isə bir il əvvələ nisbətən 1,1 milyon ABŞ dolları və yaxud 5,6% azdır.

Hesabat dövründə içki idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ni təşkil edib.

Xatırladaq ki, yanvar-apreldə Azərbaycanın xarici ticarət dövriyyəsinin dəyəri 9,7 milyard ABŞ dolları olub ki, onun da 6,3 milyard ABŞ dolları ixracın, 3,4 milyard ABŞ dolları isə idxalın payına düşüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam