Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Eurohome”də qara mühasibatlıq: vergidən yayınaraq büdcədən pul oğurlanır –VİDEO

“Eurohome”də qara mühasibatlıq: vergidən yayınaraq büdcədən pul oğurlanır – VİDEO
Bakıda Binəqədi rayonu ərazisində yerləşən “Eurohome” tikinti materialları satış ticarət mərkəzində qanunsuz fəaliyyət mövcuddur.
Yenixeber.org: Belə ki, dəfələrlə vergilər nazirliyinə, Fövqəladə hallar nazirliyi və sair dövlət qurumlarına müraciət olunsa da yekunda həmin dövlət qurumları adıçəkilən ticarət mərkəzinin mövqeyini müdafiə etmişlər. Bununla bağlı redaksiyamıza daxil olan məlumata görə, həm vergilər nazirliyi, həm də fövqəladə hallar nazirliyi həmin ticarət mərkəzini müəyyən məbləğdə cəriməlyib, ancaq heç bir nəticəsi olmayıb və bu gün də həmin qanunsuzluqlar daha qabarıq şəkildə davam edir .Ticarət mərkəzində fəaliyyət göstərən mağazalarda kassa aparatları yoxdur,satılan mallar kassaya vurulmur,alıcılara hər-hansı qəbz verilmir. Alıcılara verilən fakturalar saxtadır və heç bir dövlət qurumları ilə uyğunluq təşkil etmir. Mağazalarda işləyən işçilərin əmək müqaviləsi yoxdur və bu da vergidən yayınma hallarının baş verməsinə səbəb olur. Eyni zamanda tacirlər arasında alqı-satqı zamanı pulun ödənilməsi kartdan -karta ödənilməklə həyata keçirilir ki, bu da qanunla qadağandır.
Ümumiyyətlə,”Eurohome” girişdən çıxışadək qanunsuz işlərlə məşğuldur və burada qara mühasibatlıq yolu ilə hər gün dövlətin milyonlarla maliyyə vəsaitləri ogurlanır, dövlət büdcəsindən yayındırılır.Bu ticarət mərkəzi Azərbaycan dövlətinin maliyyə sisteminə qarşı fəaliyyət göstərir.
“Eurohome” Dərnəgül filialındada eyni qanunsuz əməlləri həyata keçirir. “Eurohome” ticarət mərkəzi “AF HOLDİNQƏ” daxildir. Holdinqin rəhbəri Azay Möhnətovdur.
Redaksiyadan: Adıçəkilən ticarət mərkəzində baş verən digər qanunsuz işlərlə bağlı araşdırmalarımız davam edir və yaxın günlərdə həmin faktları yenidən izləyicilərimizə təqdim edəcəyik. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik…
(cumhuriyyet.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam