Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Fəhlənin faciəvi ölümü ilə bağlı cinayət işi açılıb:"SPARK MMC"- dən kimlər istintaqa cəlb edilib?

 
Əldə etdiyimiz məlumata görə yanvarın 12- si gecə saatlarında baş verən, 31 yaşlı fəhlə Abdullayev Tahir Yunsur oğlunun faciəvi ölümü ilə nəticələnən hadisəyə görə cinayət işi açılıb. Faktla bağlı araşdırma aparılır.

Yenixeber.org xəbər verir ki, hadisənin kimin günahı ucbatından baş verməsi ciddi şəkildə təftiş edilir.

Bu hadisədə "SPARK MMC" yə məxsus avto pompanın aşması və texniki şərtlərə riayət edilməməsi səbəbindən bir sıra şəxslərin istintaqa cəlb edildiyi bildirilir.

Xatırladaq ki, Bakıda “Spark” MMC-yə məxsus avto pompa texniki nasazlıq ucbatından qırılıb və hadisə nəticəsində Salyan rayonun Sarvan kəndinin 31 yaşlı sakini Abdullayev Tahir Yunsur oğlu faciəvi şəkildə həlak olub.

Ajans.az-ın əldə etdiyi məlumata görə hadisə gecə saatlarında Səbail rayonu ərazisində “Hünər Group” şirkətinə məxsus ərazidə villaların tikintisi zamanı baş verib.

Tikinti gedən ərazidə avto pompanın texniki qaydalara uyğun olmadan qurulması texniki nasazlığa səbəb olub. Nəticədə ölümlə nəticələnən faciəvi hadisə baş verib.

Etibarlı mənbənin Ajans.az-a verdiyi məlumata görə ölümlə nəticələnən hadisənin baş verməsinin əsas səbəbi “Spark”MMC-də peşəkar mütəxəssislərin işdən uzaqlaşdırılması olub.

Mənbənin verdiyi məlumata görə “Spark” MMC -nin beton zavoduna yeni təyin olunan direktor Vidadi Əliyevin öz adamlarından ibarət yaxın qohumlarını işə cəlb edərək komanda formalaşdırması təcrübəli kadrların işdən azad olunması ilə nəticələnib. Texniki şöbənin müdiri Anar Nağıyevin bu işdə məsuliyyət daşıdığı deyilir. Bu şəxsin “Spark” MMC daxil olmaqla 5 şirkəti özündə birləşdirən “Azmade Group” MMC-nin idarə heyətinin sədri Emruz İsgəndərovun yaxın adamı olduğu bildirilir.

Mənbənin verdiyi məlumata görə əvvəllər satıcı işləyən “Spark” MMC-nin Texniki şöbəsinin müdiri Anar Nağıyev 1 il ərzində anbardar vəzifəsindən, qaraj müdiri vəzifəsinə gətirilib. Ən sonda isə “Spark” MMC-nin texniki şöbəsinin müdiri vəzifəsinə təyin olunub.(Ajans.az)

https://ajans.az/fehlenin-facievi-olumu-ile-bagli-cinayet-isi-acilibspark-mmc-den-kimler-istintaqa-celb-edilib


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam