Redaktor seçimi
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində ŞOK KORRUPSİYA:
Yardımlının “mer”i dövlət büdcəsini yardım fondu bilir –
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Günün xəbəri

İpoteka kreditləri ilə bağlı -MÜHÜM TƏKLİF

Güzəştli ipoteka verilən zaman bəzi kateqoriyadan olan vətəndaşlar üçün 10 faizlik ilkin ödənişin subsidiya edilməsi təklif edilir.

Yenixeber.org: Bu təkliflə Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edib.

V.Bayramov hesab edir ki, 10 faizlik ilkin ödəniş ləğv edilə və ya subsidiya edilə bilər.

“Güzəştli ipoteka kreditləri maksimum 100 min manat məbləğdə 30 il müddətinə və 4 faiz dərəcəsi ilə təklif edilir. Bu kreditlər üçün minimal ilkin ödəniş 10 faizdir. Nəzərə alsaq ki, güzəştli ipoteka götürən vətəndaşlarımız xüsusi dəstəyə ehtiyacı olan kateqoriyadır, biz təklif edirik ki, bəzi vətəndaşlarımız üçün güzəştli ipoteka kreditləri subsidiya olunsun.

Xüsusən də nəzərə alsaq ki, jurnalistlərin, orta məktəbdə çalışan müəllimlərin əmək haqqları yüksək deyil, sosial ipoteka götürmək üçün ilkin ödəniş üçün onlara ən böyük maneə olur. Ona görə də həmin vətəndaşlar üçün güzəştli ipoteka krediti götürən zaman 10 faiz ilkin ödəniş İpoteka və Kredit Zəmanət Fondu tərəfindən subsidiya edilə bilər.

O halda vətəndaş ilkin ödəniş etmədən kredit götürüb mənzili almaq imkanına malik ola bilər. Belə bir güzəştin tətbiq olunması vətəndaşlarımızın güzəştli ipoteka kreditindən daha çox faydalanmasına gətirib çıxara bilər, kreditlərə əlçatanlığı artıra bilər”, - deyə o bildirib.

V.Bayramov əlavə edib ki, bununla bağlı təkliflər artıq hökumətə təqdim edilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam