Redaktor seçimi
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
AZAL vurduğu ziyanı ödəmək əvəzinə, RF prokurorluğuna haqq ödəyir -
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının analoqsuz tenderləri -
AAYDA-nin zəhəri və zərəri: büdcə talanından ekoloji fəlakətə...-
Günün xəbəri

İnfeksionist:"Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsini qaçılmaz edir"

İnfeksionist: Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsini qaçılmaz edir

"Uşaqların həssas qrupa daxil olması onların xəstələnməsi hallarını qaçılmaz edir".

Yenixeber.org: Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

Onun sözlərinə görə, yaşlı nəsil və risk qrupuna aid olanlara vaksin vuruldu: “Onların xeyli hissəsi xəstələnərək təbii immunitet qazanmış oldu. Hazırda ölkədə 12 yaşdan yuxarı olan yeniyetmələrə peyvənd icazəsi verilib. Məktəblər açılandan sorna təmaslar artdı, əvvəllər də mövsümlə əlaqəli infeksiyalar səbəbindən uşaqlar arasında xəstələnmə artırdı. İndi də həmin vəziyyətdir. Sadəcə, koronavirus da öz təsirini göstərmiş olur”.

“Uşaqlar xəstəlikdən qorunmayan və peyvənd vurdurmayan təbəqə sırasında idi. Eyni zamanda yeni ştamlar mutasiyalara uğradığından hüceyrəyə daxilolma yolu da fərqlidir. Bir çox ölkədə 5 yaşdan yuxarı uşaqların peyvəndlənməsi tövsiyə olunub. Təəssüf ki, Azərbaycanda bu hal alqışlanmadı. Bütün hallarda uşaqlar böyüklərə nisbətdə yoluxmanı yüngül keçirir”, - T.Eyvazov bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam