Magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 05 fevral 2022-ci il tarixində gün ərzində Binəqədi rayonu Xocasən və Sulutəpə qəsəbələrinin bəzi ərazilərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yenixeber.org: Bu barədə “Azərsu” ASC-dən məlumat verilib.
Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.