Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı iki dəfə artıb

Azərbaycanda dövlət xətti ilə kirayəyə verilən mənzillərin sayı iki dəfə artıb

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu il 867 mənzili kirayəyə vermək yolu ilə realizə edib.

Yenixeber.org: Fondan xəbər verilir ki, bu, ötən illə müqayisədə 2 dəfə çoxdur.

Ümumilikdə isə, bu günə kimi 1 280 mənzil vətəndaşlara təhvil verilib.

Kirayə mənzil mexanizmindən faydalanan şəxslərin orta yaş göstəricisi 35 olmaqla, 70%-dən çoxunu gənclər və gənc ailələr təşkil edib.

Eyni zamanda, əhali üçün kirayə mənzil mexanizmindən istifadənin daha da asanlaşdırılması və əlçatanlığının artırılması məqsədi ilə cari il ərzində proseslər bir qədər də sadələşdirilib, gəlirlərin qiymətləndirilməsi şərtləri daha da yumuşaldılıb, habelə sabit vergi ödəyicilərinə də mexanizm vasitəsi ilə mənzil sahibi olmaq imkanı yaradılıb.

Hazırda Fond Bakı, Sumqayıt və Abşeron üzrə 7 fərqli ünvanda 1, 2, 3 və 4 otaqlı kirayə mənzillər təklif edir. Onlar vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərə yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə olunmaqla yüksək səviyyədə təmir olunaraq kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub, mülkiyyət hüquqları isə dövlət qeydiyyatına alınıb. Vətəndaşların tələbi və istəkləri nəzərə alınmaqla Fond mütəmadi olaraq kirayə mənzillərin siyahısını genişləndirir.

Mexanizm çərçivəsində aylıq ödənişlər çox güzəştli şərtlərlə hesablanır. Proseslər isə ən qısa vaxtda - 3 iş günü ərzində tamamlanmaqla mənzil vətəndaşa təhvil verilir.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən və “1549” Çağrı Mərkəzinə zəng etməklə, həmçinin EİKZS-dən istifadə ilə bağlı məlumatı EİKZS-də yerləşdirilmiş 

təlimatla

 tanış olaraq əldə etmək mümkündür.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam