Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

İpoteka Fondu kirayə evlərin qiymətini- AÇIQLADI

 

 

 İpoteka və Kredit Zəmanət Fondu Bakının Xətai rayonunda Gəncə prospektində kirayə üsulu ilə satılan mənzillərin qiymətini açıqlayıb.

Yenixeber.org: Məlumata görə, İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşlara təklif olunan mənzillər yerləşdiyi ərazi üzrə bazar dəyərindən aşağı qiymətlərlə alınıb.

Hazırda Fondun Bakı şəhəri üzrə Gəncə prospektində yerləşən yaşayış kompleksindən vətəndaşlara kirayə təklif etdiyi mənzillərin maya dəyəri bütün xərclər (alış dəyəri, rəsmiləşdirmə, kommunal vasitələrə qoşulma, çıxarış və texniki sənədlərin əldə olunması üzrə xərclər) daxil olmaqla 1450 manatdır. İpoteka və Kredit Zəmanət Fondu Gəncə prospektində yerləşən “Xətai Park” yaşayış kompleksindən 100 mənzil alıb.

 

Bütün dövr ərzində isə illik xərclər 4%-dək müəyyənləşib. Bu xərclərə isə Fondun mənzillərin alınması üçün 3% həcmində cəlb etdiyi vəsaitləri dəyəri, sığorta və digər xərclər daxildir. Başqa sözlə, hətta bu xərclər daxil olmaqla belə, kirayə üsulu faktiki olaraq güzəştli ipoteka kreditlərindən daha ucuz layihədir. Kirayə mənzillərdə vətəndaşdan əlavə xərc tələb olunmur.(fed.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam