Redaktor seçimi
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Aygün Əliyevanın Prezidentin sabiq mətbuat katibinə “dostluq sədaqəti” –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Günün xəbəri

Tərtərçay və Həkəriçayın üzərində sənaye əhəmiyyətli -SES-lər tikiləcək

Tərtərçay və Həkəriçayın üzərində sənaye əhəmiyyətli SES-lər tikiləcək

“Tərtərçay, Həkəriçay və onların qolları üzərində iri, sənaye əhəmiyyətli su elektrik stansiyalarının (SES) tikintisi üzrə danışıqlar aparılır”.

Yenixeber.org: Bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Təbriz Əmmayev Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı panelində deyib.

“Həmin çayların yüksək hidroenerji potensialı var. Təəssüf ki, mənfur düşmən kiçik SES-ləri ekoloji normaları gözləmədən istismar edib, yararsız hala salıb. Hazırda bu stansiyalar bərpa edilir, əməli nəticələr əldə edilib. Həmçinin yeni SES-lərin tikintisi üzrə danışıqlar aparılır.

Paralel olaraq Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” SES-lərinin inşası aparılır. Onların gücü 140 meqavatdır ki, bu da ildə 358 milyon kVt/saat elektrik enerjisinin istehsalına imkan verəcək, 110 min ev təsərrüfatını enerji ilə təmin edəcək. Ərazini ekoloji təmiz enerji ilə təmin etmək üçün həyata keçirilən layihələr də öz nəticələrini verir”, - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam