Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

Qəzza tam ələ keçiriləcək! -Netanyahu TƏSDİQLƏDİ

 

İsrail hökumətinin hərbi-siyasi kabineti Baş nazir Benyamin Netanyahunun HƏMAS-ın tamamilə məhv edilməsinə yönəlmiş planını təsdiqləyib.

Yenixeber.org xəbər verir ki, bu barədə məlumatı İsrail hökuməti yayıb.

Rəsmi məlumata görə, İsrail Müdafiə Qüvvələri yaxın vaxtlarda Qəzza zolağında təhlükəsizlik nəzarəti qurmağa hazırlaşır.

Baş nazirin ofisindən yayılan açıqlamada qeyd olunur ki, hərbi əməliyyatlar zamanı mülki şəxslərin müdafiəsi üçün döyüş bölgəsindən kənarda humanitar yardım göstəriləcək.

Netanyahunun təqdim etdiyi münaqişənin mərhələli həlli planı aşağıdakı bəndləri əhatə edir:

- HƏMAS-ın tam şəkildə silahsızlaşdırılması;

- Girovların və həlak olanların cəsədlərinin qaytarılması;

- Qəzzanın demilitarizasiyası;

- İsrailin bölgədə uzunmüddətli təhlükəsizlik nəzarətinin qurulması;

- HƏMAS və ya Fələstin Muxtariyyəti ilə əlaqəsi olmayan alternativ mülki rəhbərliyin formalaşdırılması.

Bununla belə, "The Washington Post"un mənbələrinə əsasən, İsrail ordusunun rəhbərliyi, xüsusilə Baş Qərargah rəisi general-leytenant Eyal Zamir Qəzzanın tam ələ keçirilməsinə qarşı çıxıb. O, sadəcə HƏMAS-a zərbələr endirilməsini və bölgənin mühasirəyə alınaraq təzyiq göstərilməsini daha uyğun addım kimi qiymətləndirib.

Lakin Netanyahu 7 avqustda verdiyi bəyanatda israr edib ki, ərazinin hərbi nəzarətə götürülməsi İsrailin təhlükəsizliyi üçün zəruridir. O, bu addımın HƏMAS-ı tamamilə sıxışdırmaq və bölgəni sonradan mülki idarəyə təhvil vermək üçün vacib olduğunu bildirib.

İsrailin bu addımı beynəlxalq arenada müxtəlif reaksiyalar doğurub. Planın tətbiqi, xüsusilə “alternativ mülki rəhbərlik” məsələsi, gələcəkdə Qəzzanın siyasi gələcəyinə dair mühüm suallar doğurur. Gözlənilir ki, bu istiqamətdə həm regional, həm də beynəlxalq güclər arasında ciddi diplomatik mübarizə baş verəcək.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam