Redaktor seçimi
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Günün xəbəri

ADY: Sabah Abşeron dairəvi marşrutu üzrə bəzi reyslər ləğv ediləcək -YENİLƏNİB

 

Bakı–Keşlə sahəsində dəmiryol infrastrukturunda aparılan təmir işləri ilə əlaqədar olaraq, 8 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə səhər və axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Yenixeber.org-un məlumatına görə, saat 07:20-də Bakı–Xırdalan–Sumqayıt, 08:10-da Bakı–Xırdalan, 08:40-da Xırdalan–Bakı qatarı, saat 06:25-də Bakı–Pirşağı–Sumqayıt (ekspres) və saat 07:28-də Sumqayıt–Xırdalan–Bakı reysləri, axşam saatlarında isə 17:47-də Bakı–Xırdalan, 18:10-da Bakı–Xırdalan–Sumqayıt (ekspres), saat 17:50-də Sumqayıt–Xırdalan–Bakı, 18:20-də Xırdalan–Bakı, 19:27-də Sumqayıt–Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Pirşağı–Bakı (ekspres) reysləri ləğv edilir.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda vurğulanıb.

***

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 7 avqust 2025-ci il tarixində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə axşam saatlarına təyin olunan bəzi reyslər ləğv edilir.

Saat 17:47-də Bakı–Xırdalan, 17:50-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə), 18:10-da Bakı–Sumqayıt (ekspres), 18:20-də Xırdalan–Bakı, 19:02-də Sumqayıt–Bakı (ekspres) və 19:27-də Sumqayıt–Bakı (Xırdalan istiqaməti ilə) reysləri ləğv olunur.

"Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər. Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik", - məlumatda qeyd olunur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam