Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Unikal layihə:“Böyükşor” gölündə üzən elektrik stansiyası istismar edilməyə başlayacaq

Gələn il “Böyükşor” gölündə üzən günəş elektrik stansiyası istismara veriləcək. Stansiya Asiya İnkişaf Bankının dəstəyi ilə həyata keçirilən “Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” pilot layihəsi çərçivəsində tikiləcək. 100 kVt-luq günəş elektrik stansiyasının tikilməsinə artıq başlanılıb. Bu barədə energetika naziri Pərviz Şahbazov “Respublika” qəzetində dərc olunan məqaləsində bildirib.

Yenixeber.org: Onun sözlərinə görə, stansiyanın növbəti ilin əvvəlində istismara verilməsi planlaşdırılır: “Ümumilikdə, “Böyükşor” gölündə 50 MVt gücündə üzən fotovoltaik stansiya üçün texniki-iqtisadi əsaslandırma, biznes modellərin seçilməsi və bərpa olunan enerji mənbələri üzrə tarifin qiymətləndirilməsi hesabatları hazırlanıb”.

 

 

Nazir bildirib ki, bununla yanaşı, gələcəkdə su obyektləri üzərində iri həcmli layihələrin həyata keçirilməsi üçün araşdırmalar aparılır: “Bu məqsədlə ölkə üzrə su hövzələrinin məlumat bazası yaradılıb və 19 su obyektinin enerji potensialı hesablanıb”.

"Üzən Günəş Enerjisinin İnkişafı" adlanan layihə 17 Avqust 2018-ci il tarixində Asiya İnkişaf Bankı Direktorlar Şurası tərəfindən təsdiq edilib. Layihə Azərbaycanda və başqa ölkələrdə günəş elektrik stansiyalarının yaradılması üçün texniki dəstəyin verilməsini nəzərdə tutur.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam