Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

“Enerji sistemimizin müasirləşdirilməsi planlı şəkildə aparılır” -Prezident (YENİLƏNDİ)

“Enerji sistemimizin müasirləşdirilməsi planlı şəkildə aparılır” -  Prezident
Xəbər verdiyimiz ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.
Yenixeber.org: Dövlətimizin başçısının tədbirdəki çıxışından bəzi məqamları təqdim edir.

“Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. “Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.

“Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır”.

“Son iki il ərzində 1300 meqavata qədər itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2400 meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”.

Prezident “Qobu” yarımstansiyasının tikintisi ilə tanış oldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub.
Dövlət başçısı, həmçinin 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının təməlini qoyub.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam