Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Sumqayıtda yeni mini stadion tikilir -FOTOLAR

Sumqayıtda yeni mini stadionun salınmasına başlanılıb
Sumqayıt şəhərində uşaqların və gənclərin sağlam böyüməsi, idmana marağının artırılması istiqamətində növbəti uğurlu addım atılıb. Şəhərin Səməd Vurğun küçəsində yerləşən ərazidə yeni mini stadionun salınmasına başlanılıb.

Yenixeber.org: Sumqayıt Bələdiyyəsinin təşəbbüsü ilə həyata keçirilən layihə çərçivəsində ərazidə abadlıq və yenidənqurma işləri görülür.

Əsas məqsəd uşaqların və yeniyetmələrin boş vaxtlarını səmərəli keçirməsi, sağlam həyat tərzinə yönləndirilməsi və futbol kimi kütləvi idman növlərinə marağın artırılmasıdır.

Yeni stadionun salınması ilə yanaşı, ərazidə yaşıllaşdırma və təmizlik işləri də aparılır. Meydança müasir standartlara uyğun olaraq qurulur, təhlükəsizlik və rahatlıq nəzərə alınır. Bu təşəbbüs Sumqayıtın müxtəlif yaş qruplarından olan sakinləri – xüsusən də gəncləri və uşaqları böyük sevincə qərq edib.

Layihənin yaxın günlərdə başa çatdırılması planlaşdırılır. Sumqayıt Bələdiyyəsi isə bu kimi sosial yönümlü təşəbbüsləri gələcəkdə də davam etdirməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, bu addım şəhərdə idmanın inkişafı və gənclərin asudə vaxtının təşkilində mühüm rol oynayacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam