Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Azərbaycandakı türk hərbçilərin mandatı -daha bir il uzadıldı

 

Bu gün Türkiyə Böyük Millət Məclisinin (TBMM) növbəti iclası keçirilib.

Yenixeber.org: İclasda Azərbaycandakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzindəki türk hərbçilərin mandatının daha bir il uzadılması barədə qanun layihəsi müzakirə olunub.

Qanun layihəsinin ikinci oxunuşundan sonra, mövzu ilə bağlı 7 millət vəkili çıxış edib.

TBMM-in Ədalət və İnkişaf Partiyası (AKPartiya), Miliyyətçi Hərakat Partiyası (MHP), Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya və Böyük Birlik Partiyasının (BBP) nümayəndələri qanun layihəsinin lehinə məruzə ediblər.

Azərbaycanın müzəffər ordusunun qələbəsinin birinci ildönümündən bəhs edən çıxışçılar bir il öncə bu qələbədə hakimiyyət, xalq və ordu birliyinin önəmli rol oynadığını bildiriblər.

Müzakirələrdən sonra səsvermə keçirilib və layihə qəbul edilib.

Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir illik səlahiyyət vermişdi.

Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi Ağdamda yerləşir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam