Redaktor seçimi
Fərid Qyıbov Gəncə stadionunda “öz havasını oynayır” –
Gəncə Dövlət Universitetinin rektoru Təhsil nazirinə qarşı:
Adı nurçularla hallanan “Aral Group” şirkətindən şikayət var:
Balakənin “mer”i dövlətin pulun “hərşeyşünas” şirkətə etibar edir -
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
Günün xəbəri

Bülbülə Bələdiyyəsinin sədrinin oğlu süpürgəçini maşınla vurub: süpürgəçi xəstəxanada ölüb

 

Suraxanı rayon Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənovun oğlu Nahid Həsənovun qəza törətdiyi və qəzada süpürgəçinin öldüyü bildirilir. 
Yenixeber.org: Bu haqda hadisə şahidləri redaksiyamıza məlumat veriblər. 
Onlar bildiriblər ki, qəzaya düşən süpürgəçi 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) yerləşdirilib. Amma həyatını xilas etmək mümkün olmayıb.
Məlumatda qeyd olunur ki, qəzanı törədən Nahid Həsənovla bağlı hər hansı bir hüquqi tədbir görülməyib: "Məqsədli olaraq, cinayət işini ört-basdır etmək istəyirlər. Natiq Həsənov Suraxanı rayon icra başçısı Əziz Əzizova yaxın şəxsdir. Bu üzdən istəmirlər ki, məlumat ictimailəşsin". 
Bildirilir ki, qəzanı törədən Nahid Həsənov AZAL-ın (Azərbaycan Hava Yolları) işçisidir. 
Şəhər Klinik Xəstəxanasından hadisə ilə bağlı məlumat öyrənmək mümkün olmayıb. Xəstəxananın qəbul şöbəsindən bildiriblər ki, bu barədə məlumat vermək səlahiyyətində deyillər. 
Əməkdaşımız Bülbülə bələdiyyəsinin sədri Natiq Həsənovun mobil nömrəsinə bir neçə dəfə zəng etsə də, cavab verilməyib.(arqument.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam