Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Qəbirdən cadu çıxaracağı adı ilə -dələduzluq edən falçı saxlanılıb

Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Yenixeber.org: Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib, və ondan həmin cadunun tapılmasına görə 2 000 manat pul alıb.

G. Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2 000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Bir müddət sonra 3-cü dəfə rayona gələn G. Abıyeva məqsədinə çatmadan polis əməkdaşları tərəfindən saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam