Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

İyulda Azərbaycan Türkiyəyə qaz ixracını -50 %-dən çox azaldıb

İyulda Azərbaycan Türkiyəyə qaz ixracını 50 %-dən çox azaldıb

Bu ilin iyul ayında Azərbaycan Türkiyəyə 540,03 milyon kubmetr təbii qaz ixrac edib.

Yenixeber.org: Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Məlumata görə, bu, ötən ilin iyul ayı ilə müqayisədə 50,63 % azdır.

Bununla da Azərbaycanın Türkiyə qaz bazarında payı 13,34 % təşkil edib və iyulda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən dördüncü ölkə olub.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Türkiyəyə 5 milyard 418,48 milyon kubmetr təbii qaz ixrac edilib. Bu, 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə 17,1 % azdır.

Qeyd edək ki, bu ilin iyul ayında Türkiyə ümumilikdə 4 milyard 047,49 milyon kubmetr həcmində təbii qaz idxal edib ki, bu da 2020-ci ilin eyni ayının göstəriciləri ilə müqayisədə 30,15 % çoxdur.

Qeyd edək ki, iyul ayında Rusiya Türkiyəyə qaz ixracına görə liderdir. İyulda Rusiyadan Türkiyəyə 2 milyard 305,81 milyon kubmetr təbii qaz ixrac olunub. Bu, 2020-ci ilin iyul ayı ilə müqayisədə 2,7 dəfə çoxdur. İyulda Rusiya Türkiyə qaz bazarında payı 56,97 % təşkil edib.

İkinci yerdə İran qərarlaşıb. Bu ölkə iyulda Türkiyəyə 633,2 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin iyul ayı ilə müqayisədə 4,69 % azdır. İyulda İran Türkiyə qaz bazarında payı 15,64 % təşkil edib.

Üçüncü yeri isə Əlcəzair tutub. Bu ölkə iyulda Türkiyəyə 568,45 milyon kubmetr qaz nəql edib. Bu, 2020-ci ilin iyul ayı ilə müqayisədə 46,64 % azdır. İyulda Əlcəzair Türkiyə qaz bazarında payı 14,04 %- təşkil edib.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Təbii Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam