Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Azərbaycan Türkiyə qaz bazarında Rusiyanı sıxışdıraraq liderliyə yüksəlib

 

         Türkiyənin LNG idxalı ilk dəfə olaraq boru kəməri qazını üstələyib, ABŞ-dan idxal 3 dəfə artıb

Yenixeber.org: Azərbaycan və daha 3 ölkə Türkiyəyə təbii qaz tədarükündə Rusiya Federasiyasını geridə qoyub. 2019-cu ilin martında Rusiya Türkiyə bazarında 33%-lik payla (1,4 milyard kubmetr) lider olduğu halda, 2020-ci ilin martında 9,9%-lə (389,7 milyon kubmetr) 5-ci sıraya düşüb.

Bu barədə Türkiyənin bu sahədəki tənzimləyici dövlət orqanı olan EPDK (Enerji Piyasası Düzenleme Kurumu) məlumat yayıb.

Boru kəməri ilə Türkiyəyə qaz tədarükündə Azərbaycan ilk dəfə olaraq Rusiyanı ötüb.Azərbaycanın payı 23,5%-ə yüksəlib. Rusiyanı geridə qoyan digər ölkələr boru kəməri ilə İran (14,2% bazar payı) və sıxılmış maye qaz (LNG) istehsalçıları Qatar (20%) ilə Əlcəzair (13,7%) olub. Digər LNG tədarükçüsü – ABŞ isə Türkiyə bazarında Rusiyanı haqlayıb. Bu ilin martında ABŞ ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyəyə qaz ixracını 3 dəfə artıraraq 9,4% bazar payı əldə edib.

Digər önəmli hadisə budur ki, Türkiyənin LNG idxalı ilk dəfə olaraq boru kəməri qazı idxalını üstələyib. Belə ki, 2020-ci ilin martında Türkiyənin ümumi qaz idxalında LNG 52,5% (2,07 milyard kubmetr) təşkil etdiyi halda, boru kəməri qazının payı 47,5%-ə düşüb. Halbuki 1 il əvvəl boru kəməri qazının payı 70%-ə çatırdı.

“Qazprom”un Türkiyə bazarına çıxardığı təbii qazın həcmi bir il əvvəlki dövrlə müqayisədə 72% azalıb. 2019-cu ildə Türkiyə Almaniya və İtaliyadan sonra “Qazprom” üçün ən böyük bazar idi. Lakin elə həmin vaxtdan Azərbaycan qazı və LNG-nin təzyiqi ilə Rusiyanın Türkiyəyə qaz ixracı 35% azalmışdı.

Bazar analitikləri bildirir ki, Türkiyəyə Rusiya qazı ilə müqayisədə LNG almaq daha sərfəlidir. Norveçin “Rystad Energy” konsaltinq firmasının hesablamalarına görə, 2020-ci ilin ikinci rübündə Türkiyə üçün “Qazprom” qazının orta qiyməti min kubmetr üçün 228 dollar, LNG qazı isə 53-70 dollar təşkil edəcək.

Rusiya Federal Gömrük Xidmətinin məlumatına əsasən mart ayında Rusiya digər ölkələrə 1,776 milyard dollarlıq qaz ixrac edib. Bu, 2019-cu ilin mart ayının gəlirindən (3,713 milyard $) xeyli azdır. Gəlirlərdə iki dəfədən də artıq azalma baş verib.(pressklub)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam