Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Türkiyə - Azərbaycandan qaz idxalını 17% artırıb

 

Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 945 mln. kubmetr təbii qaz idxal edib.

Yenixeber.org: Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumunun (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) hesabatında qeyd olunub.

Bu göstərici ötən ilin müvafiq ayından 16,9% çoxdur.

Türkiyənin ümumi qaz idxalında Azərbaycanın payı 15,78% təşkil edib.

Hesabat dövründə Türkiyə ümumilikdə 5,988 mlrd. kubmetr qaz idxal edib. Bu həcmin 3,859 mlrd. kubmetri boru kəmərləri ilə nəql edilən qaz, 2,129 mlrd. kubmetri isə LNG qazı olub.

İlin I ayında Türkiyə Rusiyadan 2,210 mlrd. kubmetr, İrandan isə 704 mln. kubmetr qaz alıb.

Qeyd edək ki, Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql edilir. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri (Bakı-Tbilisi-Ərzurum) və Trans-Anadolu Qaz Kəməri (TANAP) vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam