Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Peyvənd olunmayan müəllimlərə dərs saatı verilməyib?

Sentyabrın 22-də 2021-2022-ci tədris ilinə start veriləcək. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, yoluxma sayının azaldılması, epidemioloji vəziyyətə nəzarətin gücləndirilməsi məqsədilə vaksinasiya prosesinin sürətləndirilməsinə başlanılıb.

Yenixeber.org: Təhsil naziri Emin Əmrullayev “Artıq təhsil işçilərinin 80 faizi peyvənd olunub. Az sayda vaksin vurdurmayan təhsil işçiləri var və inanıram ki, məktəblərin açılmasına qədər peyvənd olunacaqlar” açıqlamasını versə də, konkret olaraq, vaksinasiyadan keçməyən müəllimlərlə bağlı hansı qərar veriləcəyini bildirməyib.

Bakıdakı müxtəlif məktəblərdən daxil olan məlumata görə, direktorlar müəllimlərlərlə birgə yeni tədris ilinə dair məsələləri müzakirə ediblər. COVID-19 vaksini vurdurmayan müəllimlərə sonuncu xəbərdarlıq edilib. Tədris ili başlayan günədək 1 doza vaksin vurdurmayan müəllimlərə dərs saatı və maaş verilməyəcəyi bildirilib.

Məsələ ilə bağlı Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bildirib ki, pandemiya şəraitində vaksin vurdurmayan şəxsin məktəbdə dərs deməsi, hər kəs üçün təhlükəli və yolverilməzdir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam