Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İran nüvə aliminin qisasını aldımı? –Təl-əvivdə MOSSAD rəsmisinin qətlindəki “incə” nüanslar

 
 

İrana bağlı sosial şəbəkələrdə ötən cümə axşamı Təl-Əvivdə MOSSAD rəsmisi Fəhmi Hinavinin silahlı hücum nəticəsində öldürüldüyü iddia olunur. 
Yenixeber.org: Məlumata görə, Hinavinin maşını ilə qırmızı işıqda gözləyərkən hücuma məruz qaldığı və ona 15 dəfə atəş açıldığı bildirilir.
Hücumun İranın nüvə alimi Möhsün Fəxrizadənin qisası olduğuna dair iddialar var.
Təl-Əviv rəhbərliyi hücumla bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.
İran rəsmiləri də Möhsin Fəxrizadənin qisasının alındığına dair hər hansı eyhamlı mesaj yaymayıblar. 
Ekspertlər isə Təl-əvivdə baş verən sui-qəsdin qisas aktına bənzədiyinə daha çox inanırlar. Əsasən də ona görə ki, hər iki sui-qəsd hadisəsində bir-birinə bənzər elementlər var: Fəxrizadə də yol üstündə maşındaykən öldürülmüşdü, Hinavi də qırmızı işıqda gözləyərkən hücuma məruz qalıb. Xüsusilə qətl yerinin və zamanının “qırmızı işıq” olaraq seçilməsi də bəzi “incə” mesaj kimi dəyərləndirilə bilər. Mümkündür ki, Tehran bu “incə” nüanslarla Təl-əvivə “çaşma, qırımızı işıqları və cizgiləri gözlə” mesajı verib.
Digər tərəfdən, İran rəsmiləri Fəxrizadə sui-qəsdindən dərhal sonra nüvə aliminin qisasının alınacağını bildirmişdilər. Xüsusilə İran prezidenti Həsən Ruhani açıqlamasında alınacaq qısasın konkret ünvanını göstərmişdi: - “sionist rejim”.
“Düşmənlərimiz yaxşı bilirlər ki, İran milləti və rəsmiləri bu cinayəti cavabsız qoymayacaqlar və qısasını almaqda cəsarətlidirlər. Əlaqədar orqanlar bu cinayətə müvafiq zamanda cavab verəcəklər. Xalqımız Sionist rejimin tələsinə düşməyəcək qədər müdrikdir",-Ruhani öz açıqlamasında belə demişdi.
Fəxrizadə sui-qəsdinin noyabrin 27-də, Fəhmi Hinavinin qətlə yerilməsinin isə bundan cəmi bir həftə sonra – dekabrın 3-də baş verməsi də İranın qisas zamanlaması anlayışına uyğundur. Tehran adətən bu cür əməliyyatlarda qisası alınan qurbanın həftəsinin çıxmamasına üstünlük verir. 
Xatırladaq ki, yanvarın 2-də qətlə yetirilən Qasim Süleymaninin də qisası yanvarın 8-də ABŞ-ın İraqın yerləşən Ayn əl-Əsəd bazasına raket zərbələri endirilməklə alınmışdı.  
Sui-qəsdin Təl-əvivdə həyata keçirilməsi də İsrailə verilmiş digər mesaj ola bilər. Belə ki, Fəxrizadə sui-qəsdin İranın tam göbəyində reallaşdırılmış və Tehrana “lazım gələrsə, istənilən an İranın içərisində peyda ola bilərik” mesajı verilmişdi. MOSSAD rəsmisinə Tel-əvivin ortasında sui-qəsd düzənlənməsi də eyni mahiyyətli mesaj içərməkdədir. Sanki bununla MOSSAD-a “sən də özündən çox arxayın olma, bizim də İsrailin tam ürəyində əlimizin çatacağı yerlər var” cavabı qaytarılıb.
Bəs, nüvə alimi əvəzinə MOSSAD rəsmisi qisasın gerçək dəyəri ola bilərmi? Əlbəttə, yox. Amma burada “dişə-diş, gözə-göz” qisasından söhbət getmir. Söhbət iki dövlətin bir-birinə əzələ nümayişindən gedir. Hər iki dövlət həyata keçirdikləri sui-qəsdlərlə bir-birinin içərisinə nə dərəcədə sızdıqlarını göstərmiş ola bilərlər.(ovqat.com) 
Heydər Oğuz

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam