Redaktor seçimi
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Günün xəbəri

Həqiqəti deyən rus ziyalısı -erməni propaqandasının hədəfində

Həqiqəti deyən rus ziyalısı  erməni propaqandasının hədəfində
Rusiyanın tanınmış jurnalisti, ictimai xadimi, yazıçısı və politoloqu, populyar “Svobodnaya pressa” saytının baş direktoru Zaxar Prilepin bu dəfə erməni təbliğat maşının hədəfinə çevrilib.
Yenixeber.org: Zaxar Prilepin Rusiya erməni diasporunun rəhbərləri başda olmaqla, erməni siyasətçilərini sərt tənqid atəşinə tutaraq, onların riyakarlıqlarını ifşa edib. Tanınmış rusiyalı siyasi xadimin sözləri ermənilərin nəzarətində olan KİV-lərdə geniş müzakirə mövzusuna çevrilib .

Prilepin məqaləsində yazıb ki , İkinci Qarabağ Müharibəsi zamanı acı məğlubiyyətlə üz-üzə qalan ermənilər qorxudan Putinə və Rusiyaya yalvarırdılar, indi isə Ermənistanda tamam başqa vəziyyət yaranıb.

“Ermənistana baxıram - televiziyadan bizə göstərməyə utandıqları Ermənistana və Rusiya ermənilərinin kollektiv vay-şüvənlərini xatırlayıram. “Putin, qoşun yerit! Yoxsa bu, xəyanət olacaq, bu xəyanəti erməni xalqı heç vaxt bağışlamayacaq!” Əlqərəz. Yoldaş Putin, qarşında şlyapamı çıxarıram o vaxt qoşun yeritmədiyinə görə. Çünki, erməni milləti Amerika səfirliyində yaşamağı arzulayır. Zaman gələcək o, Türkiyədə də yaşayacaq. Ermənilərə arzulamağı qadağan edə bilməzsən. Bir dənə də olsun, rus əsgərinin həyatı bunları qorumağa qurban verilməməlidir. Hər kəs yolunu özü seçir”,- Zaxar Prilepin özünəməxsus tərzdə erməni cəmiyyətinin ikiüzlüyünü təsvir edib.

Xatırladırıq ki, Zaxar Prilepinin bu yazısına erməni KİV-ləri və ekspertlərindən başqa, Ermənistanın Rusiyadakı səfirliyi də sərt bəyanatla cavab verib. Bəyanatda ermənilərin “qədimliyi” və “döyüşkənliyi” xüsusilə vurğulanıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam